Nissan yeni tərəfdaşlar axtarır: Hədəf ABŞ şirkətləridir
Yaponiyanın iki böyük avtomobil istehsalçısı Nissan və Honda arasında birləşmə danışıqlarının nəticəsiz başa çatdığı bildirilir. Bu barədə məlumatın Fevral atının ortalarında ictimaiyyətə açıqlanacağı bildirilib.
Marja.az xəbər verir ki, artıq Nissan yeni iş ortağı axtarmağa başlayıb. Nissan xüsusilə ABŞ-da yerləşən texnologiya şirkəti ilə əməkdaşlıq etməyi hədəfləyir. iPhone-ların istehsalçısı Foxconn (Hon Hai Precision Industry Co.) Honda və Nissan arasında danışıqların nəticəsiz qaldığının rəsmi elanını gözləyərək, yeni təkliflə çıxış etməyə hazırlaşır.
Şirkətin qlobal satışları yavaşlasa da, Şimali Amerika bazarı Nissan üçün ən mühüm bölgə olaraq qalır. Avtomobil sənayesi elektrik nəqliyyat vasitələrinə və avtonom idarəetmə texnologiyalarına doğru irəlilədikcə, avtomobil istehsalçıları texnologiya nəhəngləri ilə əməkdaşlıq etməyə üstünlük verirlər.
Honda ilə razılaşmanın pozulması Nissan üçün böyük risk yaradır
Honda ilə əməkdaşlıqdan imtina maliyyə cəhətdən çətin günlər keçirən Nissan üçün böyük risk yaradır. Şirkət məhsul çeşidinin köhnəlməsi səbəbindən ciddi endirimlər etmək məcburiyyətində qalır ki, bu da onun gəlirliliyinə mənfi təsir göstərir. Ötən ilin ilk yarısında xalis gəlirinin 94 faiz azaldığını elan edən Nissan, 9 min işçini ixtisar etməyi və istehsal gücünü 20 faiz azaltmağı planlaşdırır.
Buna baxmayaraq, yapon avtomobil istehsalçısı zavodlarını bağlamaq üçün addım atmadı. Bu vəziyyət Nissan-ın hərtərəfli restrukturizasiya prosesindən keçməsini istəyən Honda-nın qəzəbinə səbəb olub. Honda Nissan-ı tamamilə almağı və onu törəmə şirkətə çevirməyi təklif edib, lakin Nissan rəhbərliyi bu fikrə qəti şəkildə qarşı çıxıb.
Şirkətlər arasındakı razılaşmaya əsasən, Honda ilə eksklüziv danışıqlara xitam verildiyi təqdirdə hər bir tərəf 100 milyard yen (təxminən 657 milyon dollar) məbləğində xitam təzminatı ödəməkdən azad olacaq.
Nissan yeni strategiya müəyyən etməyə çalışır
Nissan-ın idarə heyəti yeni biznes tərəfdaşı tapmaq üçün danışıqların davam etdiyi bir vaxtda baş direktor Makoto Uchida və digər yüksək səviyyəli rəhbərlərdən hərtərəfli restrukturizasiya planı hazırlamağı xahiş edib. Planın fevralın 13-də dərc ediləcək şirkətin üçüncü rübün maliyyə nəticələri ilə eyni vaxtda açıqlanması gözlənilir.
Nissan, 2018-ci ildə keçmiş sədr Karlos Qonun həbsindən sonra Renault ilə ittifaqda qarışıqlıq yaşayıb və bu, idarəetmə böhranına səbəb olub. Şirkətin maliyyə çətinlikləri noyabr ayında illik mənfəət proqnozunu 70% azaltdıqda daha da aydın olub.
iPhone istehsalçısı yeni təklif hazırlayır
Bununla belə, Nissan-ın geniş istehsal şəbəkəsi və güclü brend dəyəri hələ də potensial investorlar üçün cəlbedici bir fürsət kimi qiymətləndirilir. iPhone istehsalçısı Foxconn-un ana şirkəti olan "Hon Hai Precision Industry Co." ötən dekabr ayında Nissan-ın payını almağa cəhd edib, lakin Nissan-ın Honda ilə danışıqları davam etdiyi üçün planı dayandırıb.
Bloomberg-in məlumatına görə, Foxconn Honda və Nissan arasında danışıqların nəticəsiz qalacağını gözləyərək, yeni təklif ilə çıxış etməyə hazırlaşır.
Qeyd edək ki, Nissan və Hondann birləşməsi nəticəsində dünyanın üçüncü ən böyük avtomobil şirkətinin yaranacağı gözlənilirdi. Reuters mənbələrə istinadən xəbər verir ki, Nissan-ın baş direktoru Honda-nın icraçı direktoruna birləşmə danışıqlarını dayandırmaq niyyəti barədə məlumat verib. Agentliyin məlumatına görə, yapon avtomobil istehsalçıları arasında danışıqlar onunla çətinləşib ki, Honda Nissan-ı özünün törəmə şirkəti kimi görmək istəyir, Nissan isə bərabər şərtlərlə sövdələşməyə can atır. Tərəflər fevralın ortalarında təfərrüatları təqdim edəcəklərini xatırladaraq, danışıqların gedişatını şərh etmirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 gün sonra
-
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İlk 4 ayda Azərbaycanın qeyri neft-qaz sektoru 0,7 faiz artıb
-
1 saat əvvəl
SOCAR-ın prezidenti TPAO şirkətinin nümayəndə heyəti ilə görüşüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın aparıcı toyuq əti istehsalçısı yenidən təşkil olunur
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 29 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Prezident İlham Əliyev Qazaxıstanda səfərdədir
“Unibank” yeni iri həcmli maliyyə vəsaiti cəlb edib
SOCAR-ın prezidenti TPAO şirkətinin nümayəndə heyəti ilə görüşüb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 29 GÜN
Ən çox oxunanlar
Azərbaycanın aparıcı toyuq əti istehsalçısı yenidən təşkil olunur
AZAL bu gündən Dubay istiqamətində uçuşları bərpa edir
"Norm" şirkəti WUF13 ilə bağlı tədbirdə yer alıb
ABB Invest 2025-ci il üzrə müsbət artım dinamikasını qoruyub saxladı
Azərbaycan neftinin son qiyməti
Trampın "Çin ABŞ neftini almağa razılaşıb" açıqlamasından sonra neft daha da bahalaşıb
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Rəsmi məzənnələr açıqlandı

















