Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Bazar günü ABŞ prezidenti Donald Trampın polad və alüminiumun bütün idxalına 25%-lik rüsum tətbiq edəcəyinə dair açıqlaması fonunda dollar major valyutalar qarşısında öz mövqelərini demək olar ki, qoruyub saxlaya bilib. Hazırda EUR/USD cütlüyü 1.0305 səviyyəsində, GBP/USD cütlüyü isə 1.2360 səviyyəsində ticarət olunur.
Tramp, həmçinin, yaxın iki gün ərzində Amerika mallarına rüsum tətbiq edən ABŞ-ın ticarət tərəfdaşlarına qarşı tariflərin tətbiq olunacağını bildirib. Dolların təzyiq altında qalması qızılın qiymətinin artmasına dəstək olur. Dəyərli metal ötən gün 2942$ səviyyəsinə qədər yüksələrək tarixi maksimum həddini bir daha yenilədi. Hazırda qızıl bir qədər ucuzlaşaraq 2919$-a ticarət olunur.
Cari həftənin əvvəlindən neftin qiyməti bahalaşmağa davam edir. “Brent” markalı neftin bir barrel üçün qiyməti 76.95$-a qədər bahalaşıb. Ekspertlərin fikrincə, Trampın siyasəti Rusiya və İrana qarşı sanksiyaların genişləndirilməsi proqnozları fonunda nefti dəstəkləyir.
Bugün Bakı vaxtı ilə saat 19:00-da ABŞ Federal Ehtiyatlar Sisteminin sədri Cerom Pavelin çıxışı bazar iştirakçılarının diqqət mərkəzində olacaq əsas xəbərdir. Həmçinin, gün ərzində İngiltərə Bankının (BoE) sədri Beylinin çıxışı da baş tutacaq. Türkiyədə isə Pərakəndə Satış Dövriyyəsinin Həcmi göstəriciləri dərc olunacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
18 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir











.jpg)





.jpg)



