Tanınmış brendlərin Azərbaycanda rəsmi nümayəndəsi olan şirkətdə birləşmə!
"Palid Company" MMC şirkəti "Palıd-2015" MMC şirkətinə qoşulub.
Marja.az xəbər verir ki, "Palıd-2015" MMC, qoşulması nəticəsində şirkətin yenidən təşkil olunmasını, "Palid Company" MMC-nin isə ləğv olunmasını elan edib.
“Palıd 2015” şirkəti 2015-ci ildən tikinti materialları və aksesuarlarının idxalı sahəsində fəaliyyət göstərir. “Palıd 2015” şirkəti - Egger, AGT, Lineplast, Yıldız Entegre və Albero kimi dünya miqyasında tanınmış brendlərin Azərbaycanda rəsmi nümayəndəsidir.
2015-ci ilin Dekabr ayında dövlət qeydiyyatına alınmış və 3 milyon 515 min 900 manat nizamnamə kapitalına malik olan "Palıd-2015" MMC-nin qanuni təmsilçisi Mikayılov Emil Malik oğludur. Şirkətin hüquqi Samux rayonu, Ziyadlı kəndidir.
2021-ci ilin may ayında dövlət qeydiyyatına alınmış və 100 manat nizamnamə kapitalına malik olan "Palid Company" MMC-nin qanuni təmsilçisi Əkbərov Emin Vasif oğludur. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pr. ev. 86 m.79-dur.
“Palıd 2015” MMC 2024-cü ilin sonunadək 10 manat nizamnamə kapitalına malik olub. Bu ilin yanvar ayında şirkətin nizamnamə kapitalı 3 milyon 515 min 900 manata qaldırılıb. Şirkətin hüquqi ünvanı da Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Bəşir Bünyadov, ev 11-dən Samux rayonu, Ziyadlı kəndinə dəyişib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
9 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
11 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 11 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























