"Dünyanın ən ağıllı süni intellekti", ChatGPT-nin rəqibi "Grok 3" bu gün təqdim olunacaq
İlon Mask (Elon Musk), xAI tərəfindən hazırlanmış "dünyanın ən ağıllı süni intellekti" adlandırdığı Grok 3-ü bazar ertəsi təqdim ediləcəyini açıqlayıb.ABŞ-da Hökumətin Səmərəliliyi Nazirliyinin rəhbəri və milyarder iş adamı İlon Mask özünün "xAI" şirkəti tərəfindən hazırlanmış yeni nəsil söhbət robotu "Grok 3"ün təqdimat tarixini açıqlayıb.
Marja xəbər verir ki, Mask "X" sosial media platformasında etdiyi açıqlamada, "dünyanın ən ağıllı süni intellekti" "Grok 3"ün 17 fevral bazar ertəsi Sakit okean vaxtı ilə saat 20:00-da canlı yayım ilə istifadəçilərə təqdim ediləcəyini bildirib.
Mask keçən həftə "Grok 3"ün inkişafının son mərhələsində olduğunu və təxminən 1-2 həftə ərzində təqdim olunacağını bildirmişdi. Yeni modelin əvvəlki versiyalarla müqayisədə daha təkmil dil anlayışı və cavab yaratma qabiliyyətinə malik olacağı bildirilir.
"Grok", Maskın "X" (keçmiş Twitter) platforması ilə inteqrasiya olunmuş süni intellekt "chatbot" kimi hazırlanmışdır. Bu modelin xüsusilə sosial media ilə qarşılıqlı əlaqəni təhlil edərək daha real vaxt və aktual cavablar verməsi gözlənilir.
xAI nədir?
"xAI" 2023-cü ildə İlon Mask tərəfindən qurulan və süni intellekt sahəsində çalışan texnologiya şirkətidir. "xAI", bəşəriyyət üçün faydalı olan süni intellekt inkişaf etdirməyi hədəflədiyini bildirib və "Grok chatbot" da bu vizyonun bir hissəsi olaraq hazırlanmışdır. Şirkətin komandasına "OpenAI", "DeepMind", "Google Research" və "Microsoft" kimi böyük texnologiya şirkətlərinin təcrübəli mühəndisləri və tədqiqatçıları daxildir.
"Grok 3" "ChatGPT" və oxşar chatbotlara rəqib olaraq yerləşdirilib və Maskın süni intellekt sahəsindəki iddialı layihələrindən biri kimi görünür.
Grok 3 release with live demo on Monday night at 8pm PT.
— Elon Musk (@elonmusk) February 16, 2025
Smartest AI on Earth.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
9 d. əvvəl
SOCAR-da dövlət büdcəsinə ödəniləcək dividend müzakirə olunub və ödəniş məqbul hesab edilib
-
23 d. əvvəl
İlham Əliyev Sankt-Peterburqda keçiriləcək görüşdə iştirak etməyəcək - SƏBƏBLƏRİ AÇIQLANDI
- 31 d. əvvəl
- 35 d. əvvəl
-
19 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib
Paşinyan Rusiyaya səfər edəcək
Dekabrın 22-də gözlənilən hava şəraiti
Kakao qiymətləri düşür, şokoladlar isə hələ də bahadır
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
















.jpg)


