Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Ötən gün Federal Ehtiyatlar Sisteminin (FED) Federal Açıq Bazar Komitəsinin (FOMC) yanvar ayı toplantısının protokolları dərc olundu. Verilən məlumatlara əsasən, tənzimləyici qurum ABŞ prezidenti Donald Trampın idxal tarifləri və digər iqtisadi planlarının inflyasiyanın 2%-lik hədəfə qaytarılmasında irəliləyişləri ləngidə biləcəyindən narahatdır. Toplantının nəticələrinə əsasən, Federal Ehtiyatlar Sistemi federal fondlar üzrə faiz dərəcəsini illik 4.25-4.5% diapazonunda saxladı və bu qərar bütün FOMC üzvləri tərəfindən yekdilliklə qəbul edildi.
Sənəddə qeyd olunur ki, ölkədəki müəssisələr FED rəsmilərinə tariflərdən irəli gələn hər hansı əlavə xərcləri istehlakçılara ötürməyə çalışacaqlarını bildiriblər. Tənzimləyici qurum prezidentin planlarının iqtisadiyyata təsirini qiymətləndirməkdə çətinlik çəkdiyini, "ticarət, immiqrasiya, maliyyə və tənzimləmə siyasətlərində mümkün dəyişikliklərin əhatə dairəsi, vaxtı və potensial iqtisadi təsiri ilə bağlı artan qeyri-müəyyənliklər”-in olduğunu bildirdi.
FOMC-un toplantı protokollarının dərc olunması fonunda EURUSD valyuta cütlüyü bir qədər bahalaşıb. Məzənnə 1.04000 səviyyəsindən 1.04370 səviyyəsinə qədər yüksəlib. Qızılın qiyməti tarixi maksimum səviyyəsini yeniləyib. Dəyərli metal ötən gün 2946$ həddinin üzərində ticarət olunurdu. Ekspertlər dollara olan təzyiqlərin artması fonunda qızılın bahalaşmağa davam edəcəyini proqnoz edirlər. Neftin qiyməti isə kəskin şəkildə ucuzlaşdı. Dünən 77$ səviyyəsinə qədər bahalaşan “Brent” markalı neftin qiyməti bugün səhər saatlarında 75.85$-a qədər ucuzlaşıb.
Çərşənbə günü açıqlanan məlumatlara əsasən, Böyük Britaniyada istehlak qiymətləri yanvar ayında illik müqayisədə 3% artıb. Beləliklə, inflyasiya dekabrdakı 2.5%-lə müqayisədə sürətlənib və mart ayından bəri ən yüksək səviyyəyə çatıb. Ərzaq, spirt, tütün və enerji xərcləri (baza inflyasiya, CPI Core) istisna olmaqla qiymətlər illik müqayisədə 3.7% artıb, aylıq ifadədə isə 0.4% azalıb. Həmçinin, ABŞ-da yeni tikilən evlərin sayı 2024-cü ilin dekabr ayı ilə müqayisədə 2025-ci ilin yanvar ayında 9.8% azalaraq 1.366 milyon təşkil edib. Eləcə də, ölkədə Tikinti üzrə İcazələrin Sayı 0.1% artaraq 1.483 milyona çatıb.
Bugün Bakı vaxtı ilə saat 17:30-da ABŞ-da Filadelfiya FED tərəfindən dərc olunacaq Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdəndir. Həmçinin, ABŞ-da açıqlanacaq İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı və Almaniyada dərc olunacaq İstehsal Qiymətləri İndeksi (PPI) beynəlxalq birjalarda volatilliyin artmasına səbəb ola bilər.
Məlumat İnvestAZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
- 21 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyənin tanınmış restoranlar şəbəkəsinin Azərbaycanda 2-ci filialı açılıb
-
2 saat əvvəl
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
-
2 saat əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
3 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Trampdan "Netflix"ə xəbərdarlıq: “Onu işdən çıxarın"
Gbaru.com startapı artıq Avropada!
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb






















