Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Dünən ABŞ-da dərc olunmuş statistik məlumatlar fonunda avro və funt sterlinq çərşənbə günü dollar qarşısında başlayan artım tendensiyasını davam etdirib.
Belə ki, EUR/USD valyuta cütlüyü ötən gün ərzində 1.04180 səviyyəsindən 1.05050 səviyyəsinə qədər bahalaşıb. Bugün isə məzənnə bir qədər geriləyərək 1.04900 səviyyəsində ticarət olunur. GBP/USD cütlüyü isə eyni dövr ərzində 1.25770 həddindən 1.26730 həddinə qədər artım göstərib.
Bugün səhər saatlarında Yaponiyada Ümummilli İstehlak Qiymətlərinin Baza İndeksi açıqlanıb. Göstərici 3.1%-lik proqnozların üzərində, 3.2% səviyyəsində dərc olundu. Həmçinin, ölkənin Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi 53.1 bənd səviyyəsində açıqlanıb. Qeyd olunan xəbərlərin dərc olunması fonunda USDJPY valyuta cütlüyü 149.260 səviyyəsindən 150.730 səviyyəsinə qədər kəskin bahalaşıb.
Ötən gün Filadelfiya FED tərəfindən dərc olunan ABŞ-ın Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi (PMI) dekabr ayında 18.1 bəndədək zəifləyib. Qeyd etmək lazımdır ki, əvvəlki ay PMI 44.3 bənd səviyyəsində açıqlanmışdır. Filadelfiya FED-dən Məşğulluq İndeksi isə 11.9 bənd səviyyəsindən 5.3 bənd səviyyəsinə qədər azalıb. Həmçinin, 2025-ci ilin yanvar ayında Almaniyada istehsal qiymətləri illik ifadədə 0.5% artıb. Aylıq ifadədə isə İstehsal Qiymətləri İndeksi (PPI) 0.1% azalıb. Göstərici dekabr ayındakı nəticəni təkrarlayıb və proqnoz olunan 0.6%-lik artıma çata bilməyib.
Bugün ABŞ-da, Almaniyada, Avrozonada və Böyük Britaniyada açıqlanacaq Xidmət və Sənaye Sektorlarında Biznes Aktivliyi İndeksi göstəriciləri investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdir. Eləcə də, Böyük Britaniyada açıqlanacaq Pərakəndə Satış Dövriyyəsi və ABŞ-da dərc olunacaq Təkrar Mənzil Bazarında Satışların Həcmi bazar iştirakçılarının marağına səbəb ola bilər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
- 21 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyənin tanınmış restoranlar şəbəkəsinin Azərbaycanda 2-ci filialı açılıb
-
2 saat əvvəl
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
-
2 saat əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
3 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Trampdan "Netflix"ə xəbərdarlıq: “Onu işdən çıxarın"
Gbaru.com startapı artıq Avropada!
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb























