“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Ötən həftənin çərşənbə günü ABŞ prezidenti Donald Trampın Rusiya-Ukrayna münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər fonunda dolları üzərində təzyiqlər artmaqda davam edib. Ağ Ev rəhbərinin yaxın qonşulara qarşı tariflərin artırılması fikrinin üzərində sərt şəkildə qalması qızıla “Güvənli liman” maliyyə aləti kimi tələbin artması ilə nəticlələnir. Keçən həftənin əvvəlində öz mövqelərini bir qədər bərpa edən dollar, ticarət həftəsinin ikinci yarısında major valyutalar qarşısında kəskin şəkildə ucuzlaşmağa başladı. EUR/USD və GBP/USD valyuta cütlükləri ötən həftə müvafiq olaraq 1.04000 və 1.25620 səviyyələrinə qədər ucuzlaşdıqdan sonra, yüksəlməyə başladılar və bugün artıq 1.05280 və 1.26900 səviyyələrinə qədər bahalaşıblar. USD/JPY cütlüyü eniş tendensiyasını davam etdirib. Məzənnə ötən həftəyə 152.380 həddində başlasa da, 148.840 həddinə qədər ucuzlaşıb.
Bu həftə investorların diqqət mərkəzində ABŞ-da çərşənbə axşamı günü “Conference Board” analitik şirkəti tərəfindən açıqlanacaq İstehlakçıların İnam İndeksi və cümə axşamı günü dərc olunacaq ÜDM göstəriciləri olacaq. Həmçinin, bazar ertəsi günü Avrozonada inflyasiyaya dair açıqlanacaq məlumatlar bazar iştirakçılarının marağına səbəb olacaq.
Cari həftə Türkiyə Cümhuriyyətində, Kanadada və İsveçrədə açıqlanacaq ÜDM göstəriciləri və Yaponiyada dərc olunacaq İstehlak Qiymətləri Baza İndeksi (CPI) və Sənaye Sektorunda İstehsal Həcmi birjaların diqqət mərkəzində olacaq.
Bu həftə ərzində, həmçinin, Avropa Mərkəzi Bankının (ECB) monetar siyasəti ilə bağlı toplantısının protokolları dərc olunacaq. Həmçinin, Almaniyada İstehlak Qiymətləri İndeksi (CPI), ÜDM, Almaniya Biznes Gözləntiləri İndeksi, Almaniyanın Cari Qiymətləndirilməsi İndeksi, "IFO" Biznes Mühiti İndeksi, "GFK" İstehlakçı İnamı İndeksi və İşsizlik Səviyyəsi kimi önəmli iqtisadi göstəricilər dərc olunacaq.
EUR
Ötən həftə ərzində 1.04000 səviyyəsinə qədər geriləyən EURUSD məzənnəsi həftənin sonuna doğru yüksəlməyə başladı və cari həftəyə artımla start verdi. Hazırda valyuta cütlüyü 1.0508 səviyyələrində ticarət olunur.
Cari həftə ərzində Almaniyada açıqlanacaq İstehlak Qiymətləri İndeksi (CPI) və ÜDM göstəriciləri avronun dünya birjalarındakı qiymətlərinə yön verə biləcək əsas xəbərlərdir.
GBP
Keçən həftəni 1.26$ həddində tamalayan GBPUSD valyuta cütlüyü hazırda 1.26670 səviyyəsində ticarət olunur. “Buğalar” qiyməti 1.27$ həddinin üzərinə yüksəldə və burada saxlaya bilsələr, funt-sterlinq də artım tendensiyası hakim ola və 1.29$-a kimi davam edə bilər.
XAU/USD
Qızıl ötən həftə 2954$-a kimi yüksələrək tarixi maksimum səviyyəsini növbəti dəfə yenilədi. Lakin, dəyərli metal sonradan geriləyərək 2932$ səviyyəsində tamamladı.
Hazırda, 2940$ həddində ticarət olunan “sarı metal”, həm Yaxın Şərqdə vəziyyətin hələ də qeyri-sabit qalması, həm də Donald Trampın siyasətinin həm qlobal iqtisadi, həm də geosiyasi riskləri artıra biləcəyinə dair qorxular fonunda “güvənli liman” maliyyə aləti kimi çıxış etməkdə davam edir. Bu qızılın gələcəkdə kəskin bahalaşmasına dəstək ola bilər.
“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin Tədris və Analiz Departamenti
“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
İnvestorlara milyonlarla manat borcu olan “FINCA Azerbaijan”ın bir sıra maliyyə göstəriciləri pisləşib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 15 saat sonra
-
-
5 d. əvvəl
Bank of Baku-dan şəhid və qazi övladları üçün “RoboKəşf” təşəbbüsü – təlim və ekskursiya
-
1 saat əvvəl
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
-
1 saat əvvəl
İti tikinti şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Kristal"ın bütün satış ofisləri bayram günlərində də açıq olacaq!
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bayram günlərində bankların və “Azərpoçt”un bəzi filial və şöbələri fəaliyyət göstərəcək -SİYAHI
-
4 saat əvvəl
"KazMunayQaz-Aero" Şımkent hava limanında AZAL təyyarələrini yanacaqla təmin edəcək
-
4 saat əvvəl
"Ötən il BOKT “İnternational” bazardakı mövqeyini daha da möhkəmləndirib" - MÜSAHİBƏ
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub
İnvestorlara milyonlarla manat borcu olan “FINCA Azerbaijan”ın bir sıra maliyyə göstəriciləri pisləşib
Bayram günlərində bankların və “Azərpoçt”un bəzi filial və şöbələri fəaliyyət göstərəcək -SİYAHI
"Ötən il BOKT “İnternational” bazardakı mövqeyini daha da möhkəmləndirib" - MÜSAHİBƏ
Mayın 27-nin hava proqnozu - 30 dərəcəyədək isti olacaq
Qarabağdakı torpaqların sahibkarlara icarəyə verilməsi üzrə 4-cü investisiya müsabiqəsi elan olundu
İri bankın Gəncə filialı yenilənmiş binasında xidmətə başlayıb






.jpg)
















.jpg)
