ABŞ-ın çip istehsalçısı Nvidia-nın gəliri 78 faiz artıb
Kaliforniyada yerləşən çip istehsalçısı Nvidia-nın gəliri üç aylıq dövrdə illik müqayisədə 78 faiz artaraq 39,3 milyard dollara çatıb və bazar proqnozunu üstələyib.Nvidia, balans hesabatında 2025-ci maliyyə ilinin dördüncü rübü olaraq qəbul etdiyi 26 yanvarda sona çatan üç aylıq dövr üzrə maliyyə nəticələrini açıqlayıb.
Marja.az xəbər verir ki, qeyd olunan dövrdə şirkətin gəliri illik müqayisədə 78% artaraq 39,3 milyard dollar təşkil edib. Nvidia, keçən ilin eyni dövründə 22,1 milyard dollar gəlir əldə etmişdi.
Nvidia gəlirini əvvəlki rüblə müqayisədə 12% artırıb.
Bazar proqnozu Nvidia-nın bu dövrdəki gəlirinin 38,05 milyard dollar olacağı idi.
2025-ci maliyyə ilində Nvidia-nın gəliri 114 faiz artaraq 130,5 milyard dollara çatıb.
Çip istehsalçısı cari rüb üçün gəlir gözləntisini 43 milyard dollar olaraq açıqlayıb.
Şirkətin mənfəəti 80 faiz artıb
Nvidia-nın xalis mənfəəti də 4-cü rübdə illik müqayisədə 80 faiz artaraq 22,1 milyard dollar təşkil edib. Ötən ilin eyni dövründə şirkətin xalis mənfəəti 12,3 milyard dollar olmuşdu.
Nvidia-nın səhmbaşına mənfəəti 2024-cü maliyyə ilin dördüncü rübündəki 49 sentdən bu dövrdə 89 sentə yüksəlib.
Şirkətin mənfəəti də bazar gözləntilərini üstələyib.
Nvidia tam 2025-ci maliyyə il üzrə 72,9 milyard dollar xalis mənfəət əldə edib ki, bu da əvvəlki hesabat ili ilə müqayisədə 145% çoxdur.
“Süni intellekt işıq sürəti ilə inkişaf edir”
Nvidia-nın qurucusu və icraçı direktoru Jensen Huang maliyyə nəticələri ilə bağlı verdiyi açıqlamada, Blackwell süni intellekt çipinə olan tələbatı "fantastik" adlandırıb.
Blackwell AI superkompüterlərinin geniş miqyaslı istehsalını müvəffəqiyyətlə sürətləndirdiklərini qeyd edən Huang, birinci rübdə milyardlarla dollarlıq satış əldə etdiklərini söyləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
20 d. əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
-
21 d. əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
42 d. əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
47 d. əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
54 d. əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Ən çox oxunanlar
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib




.jpg)










.jpg)








