“Demirchi Tower”dəki qətllə bağlı bəyanat
Müdirini niyə güllələdi? - Plazadakı qətlin səbəbi
Dünən Bakının mərkəzində, metronun “Xətai” stansiyasının yaxınlığındakı “Demirchi Tower” biznes mərkəzində iş yoldaşı tərəfindən güllələnərək öldürülən 1993-cü il təvəllüdlü Ağalı Əli Valid oğlu doğulduğu Masallı rayonunda dəfn edilib.
24 yaşlı Ə.Ağalının cənazəsi bu gün səhər Masallının Şərəfə kəndinə gətirilib və günorta saatlarında kənd qəbiristanlığında dəfn edilib.
Kənd sakinləri mərhumun ailəsini müsbət xaraterizə ediblər və mömin nəsil olduqlarını, atasının və bir çox qohumlarının Həcc ziyarətində olduğunu deyiblər.
Bu arada məlum qətl hadisəsinin təfərrüatları da məlum olub. Qətldən bir gün əvvəl İraq Hava Yollarının Bakı nümayəndəliyinin sürücüsü, 1989-cu il təvəllüdlü Bəşirov Elşən Rəfayət oğlu ilə həmin şirkətin meneceri Əli Ağalı arasında mübahisə yaranıb. Mübahisə hər iki şəxs şirkətə məxsus avtomobillə aeroporta gedərkən baş verib. Aeroportda Ə.Ağalı sürücüyə vitrinin arxasına keçməklə bağlı irad bildirib və tərəflər arasında münasibət daha da kəskinləşib. Özündən yaşca 4 yaş kiçik iş yoldaşının ona olan münasibətini qəbul edə bilməyən E.Bəşirov mübahisədən bir gün sonra, yəni dünən iş gələrkən evdən özünə məxsus olan və ov tüfəngi kimi rəsmi qeydiyyatdan keçmiş “Vinçester” markalı silahını götürüb. O, ofisdə Ə.Ağalıya yaxınlaşaraq bir neçə dəfə atəş açıb. Başından güllə yaraları alan 24 yaşlı Əli hadisə yerindəcə keçinib.
Hadisədən sonra E.Bəşirov silahını götürərək polis bölməsinə gedib və təslim olub.
XXXXX
İraq Hava Yolları aviaşirkətinin Bakı nümayəndəliyinin əməkdaşının qətlə yetirilməsinin İraqın Azərbaycandakı səfirliyi və şəxsən bu ölkənin müvəqqəti işlər üzrə vəkilinə heç bir aidiyyəti yoxdur.
Bu barədə İraqın müvəqqəti işlər üzrə vəkili Fədil Əbəd Əl-Şüveylinin verdiyi bəyanatda bildirilir. Bəyanatda deyilir ki, aviaşirkətin iki azərbaycanlı əməkdaşı arasında yaşanan mübahisə birinin öldürülməsi ilə nəticələnib.
Bəyanatda həmçinin hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən istintaqın aparıldığı və öldürülən şəxsin qardaşının İraq səfirliyində çalışan yerli əməkdaşlardan biri olduğu bildirilir.
Silahlı insident nəticəsində 1993-cü il təvəllüdlü Bakı şəhər sakini Ağalı Əli Valid oğlu qətlə yetirilib. O, “Vinçester” tüfəngindən açılan atəşlə öldürülüb. Ə. Ağalı İraqın Azərbaycandakı səfirinin tərcüməçisinin qardaşıdır.
Qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Bəşirov Elşən Rəfayət oğlu saxlanılıb. Onun İraq Hava Yollarının Bakı nümayəndəliyində sürücü işlədiyi bildirilir.
© APA
Müştərilərin xəbərləri
AccessBank-dan fərdi bankçılıqda yeni mərhələ: VIP Club rebrendinq edilərək “Private Banking”ə çevrildi
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
4 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
-
1 saat əvvəl
Gələcəyin iqtisadçıları üçün müasir yatırım dərsləri: İnvestAZ mütəxəssislərindən Master Klass
- 1 saat əvvəl
-
1 saat əvvəl
EGA şirkəti Legal 500 və ACCA tərəfindən beynəlxalq səviyyədə tanınıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Səyahət xidmətlərində yeni mərhələ: SABRE və ABB əməkdaşlığı
-
2 saat əvvəl
“Azerconnect Group” və “NVIDIA” arasında tərəfdaşlıq müqaviləsi imzalanıb
-
3 saat əvvəl
"AccessBank" “VIP Club” məhsulunu “Private Banking” məhsuluna çevirib - QİYMƏTLƏR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Səyahət xidmətlərində yeni mərhələ: SABRE və ABB əməkdaşlığı
Ən çox oxunanlar
Mərkəzi Bank sığorta şirkətinin lisenziyasını ləğv etdi
"Azərpoçt"a yeni rəhbər təyin edilib
“Azərpoçt"un rəhbəri işdən çıxıb
“AzInTelecom”un superkompüter infrastrukturundan istifadə genişlənir
“AtaSığorta” ləğv edilir - portfeli "Atəşgah Sığorta"ya ötürülüb





.jpg)
.jpg)








.jpg)







