Fevralda qlobal ərzaq qiymətləri 1,6 faiz artıb
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) bildirib ki, qlobal ərzaq qiymətləri fevral ayında şəkər, bitki yağları və süd məhsullarının qiymətlərindəki artımların təsiri ilə əvvəlki ayla müqayisədə 1,6 faiz artıb.
Marja.az FAO-nun yaydığı açıqlamaya istinadən xəbər verir ki, ərzaq məhsullarının beynəlxalq qiymətlərində aylıq dəyişiklikləri izləyən FAO-nun Ərzaq Qiymətləri İndeksi fevralda yanvar ayı ilə müqayisədə 1,6 faiz artaraq orta hesabla 127,1 bənd təşkil edib. Ötən ilin fevral ayı ilə müqayisədə artım tempi 8,2 faiz təşkil edib.
Qlobal ərzaq qiymətlərinin süd məhsulları, şəkər və bitki yağları hesabına artması diqqət çəkib.
Taxıl Qiymətləri İndeksi buğda və qarğıdalı qiymətlərinin artması ilə aylıq 0,7 faiz artıb və illik 1,1 faiz azalıb. Artım Rusiyadan təklifin məhdudlaşması, Şərqi Avropa və Şimali Amerikada məhsul şəraiti ilə bağlı narahatlıqlar səbəbindən buğda qiymətlərinin yüksəlməsi ilə bağlı olub. Dünya qarğıdalı qiymətləri Braziliyadan təklifin azalması və ABŞ-ın güclü ixrac tələbi ilə dəstəklənib. Dünya düyü qiymətləri isə fevral ayında 6,8% azalıb.
Bitki Yağı Qiyməti İndeksi, Cənub-Şərqi Asiyada mövsümi tədarük məhdudiyyətləri və biodizel sektorundan güclü tələb səbəbiylə palma, soya və günəbaxan yağlarının yüksək qiymətləri ilə əlaqədar olaraq aylıq müqayisədə 2 faiz artıb. İndeksdə illik artım 29,1 faiz olub.
Əsas ixracatçılar - Hindistan və Braziliyada mənfi istehsal gözləntiləri səbəbiylə Şəkər Qiyməti İndeksi əvvəlki ayla müqayisədə 6,6% artıb.
FAO Süd Qiyməti İndeksi güclü qlobal tələbin nəticəsi olaraq 4 faiz artarkən, Ət Qiyməti İndeksi isə 0,1 faiz azalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)












.jpg)




