XalqOnline tətbiqi daha əlçatan oldu
(®) Xalq Bank müştərilərə rahat və innovativ bankçılıq təcrübəsi təqdim edən XalqOnline mobil tətbiqini daha da əlçatan etdi. Tətbiqin yeni versiyası bankın müştərisi olmayan şəxslərə də mobil nömrə ilə qeydiyyatdan keçmək imkanı verir.
Bankın Rəqəmsal bankçılıq idarəsinin rəisi Toğrul Vəlibəyov:
"Əsas hədəfimiz, müştərilərimizin gündəlik bankçılıq ehtiyaclarını ən sürətli və rahat şəkildə təmin etməkdir. Mobil tətbiqimiz, istifadəçilərə bank hesablarını izləmək və idarə etmək imkanı təqdim etməklə yanaşı, maliyyə əməliyyatlarını daha müasir və təhlükəsiz şəkildə həyata keçirmələrini təmin edir".
İstifadəçilər XalqOnline-da kommunal, mobil, parkinq, kredit və digər ödənişlər, ƏDV geri al xidməti, ölkədaxili və xarici köçürmələr, valyuta alqı-satqısı əməliyyatlarını icra edə bilərlər. Rahat ödənişlər üçün şablon və dövri ödənişlər yaratmaq funksionallığı mövcuddur. Tətbiqdə onlayn hesab açmaq, kredit, kart və müxtəlif sığorta məhsullarının sifarişini həyata keçirmək mümkündür. Qeyd edək ki, əvvəlki dövrdə yalnız Xalq Bank müştəriləri tətbiqin bu imkanlarından yararlana bilərdilər, indi isə hər kəs XalqOnline tətbiqini İOS və ya Android platformalarından yükləməklə məsafədən məhsul sifariş edə və bankın müştərisinə çevrilə bilər.
Xalq Bank kart sahibləri tətbiqin imkanlarından yararlanaraq balansa nəzarət, əməliyyatların qrafik dinamikasını izləmək, hesabdan çıxarış əldə etmək, gündəlik limitlər təyin etmək kimi imkanlara malikdirlər. Tətbiqdə XalqKart kartı ilə qazanılmış bonus və keşbek məbləğlərinə nəzarət etmək, tərəfdaş şəbəkəsində keşbek təklifləri ilə tanış olmaq mümkündür.
Həmçinin XalqOnline istifadəçiləri QR kod vasitəsilə bir-birinə rahatlıqla pul göndərmək və ya qəbul etmək imkanından yararlana bilərlər. Bunun üçün müştəri tətbiqdə ödəniş qəbulu üçün QR kod yaradır və qarşı tərəfə göndərir, yaxud ona göndərilmiş QR kodu tətbiqdə oxudaraq vəsaiti hesabına yönləndirə bilir.
Əlavə olaraq, fiziki şəxslər tətbiqdə gücləndirilmiş imza tələb edən əməliyyatlar üçün “SİMA İmza”dan istifadə edə bilərlər. Rəqəmsal imza vasitəsilə ölkədaxili və ölkəxarici pul köçürmələri, konvertasiya əməliyyatlarını icra etmək, debet kart sifarişi və hesab açılması üçün banka müraciət edə bilərlər.
XalqOnline sistemi ən son şifrələmə texnologiyaları ilə istifadəçilərin məlumatlarını qoruyur. Tətbiqi yükləmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz: http://qrco.de/XalqOnline
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
40 d. əvvəl
“129 milyon manat və ya xalis mənfəətin 60%-i həcmində dividend ödənişimiz olub”
-
- 54 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi
"PAŞA Bank" IPO üzrə təqdimat tədbiri keçirib
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Ən çox oxunanlar
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib






















