Çinin BYD şirkəti gəlir üzrə də ABŞ-ın Tesla şirkətini ötüb
Çinin elektrikli avtomobil istehsalçısı BYD-nin keçən il satışları 100 milyard dollarlıq həddi keçərək ABŞ-ın elektrikli avtomobil nəhəngi Tesla-nı geridə qoyub. 2024-cü ildə BYD 107 milyard dollar, Tesla isə 97,7 milyard dollar gəlir əldə edib.Çin avtomobil nəhəngi BYD Co.-nun keçən il satışları 100 milyard dolları keçərək, gəlir baxımından İlon Maskın Tesla şirkətini geridə qoyub.
Marja xəbər verir ki, baş ofisi Şençjendə yerləşən şirkətin gəliri dekabrın 31-də başa çatan 12 aylıq dövrdə 766 milyard yuanlıq proqnozu üstələyərək 777 milyard yuan (107 milyard dollar) təşkil edib.
ABŞ-ın Tesla şirkəti 2024-cü ildə 97,7 milyard dollar gəlir əldə edib.
BYD-nin xalis mənfəəti də illik müqayisədə 34 faiz artaraq 40,3 milyard yuan təşkil edib və analitiklərin 39,5 milyard yuanlıq proqnozlarını üstələyib.
BYD, elektrikli avtomobillər üçün dünyanın ən böyük və ən rəqabətli bazarı olan Çində sürətlə zirvəyə yüksəlib. Təkcə bu il BYD elektrikli avtomobillərdə 5 dəqiqəyə 400 km məsafə qət etməyi vəd edən yeni şarj sistemini və ən sadə modellərində belə sürücüyə qabaqcıl yardım texnologiyalarını təqdim edib. BYD-nin Honq-Konqda ticarət olunan səhmləri bu il təxminən 51 faiz bahalaşıb.
Ötən il şirkətin cəmi avtomobil satışı 4,27 milyon ədəd təşkil edib. BYD, bu il 5-6 milyon ədəd civarında avtomobil sata biləcəyi nəzərdə tutur.
İlk 2 ayda satışı 93 faiz artıb
BYD şirkətinin 2025-ci ilin ilk iki ayında satışı ötən ilin eyni dövrünə nisbətən 93 faiz artaraq 623 min 300 ədəd təşkil edib.
BYD bazar dəyərinə görə hələ də Tesla-dan geri qalır. ABŞ-da yerləşən Tesla-nın bu il səhmlərinin 38 faiz ucuzlaşmasına baxmayaraq, bazar dəyəri 800 milyard dollardır. BYD-nin bazar dəyəri təxminən 157 milyard dollardır.
BYD hələ də ABŞ-da minik avtomobillərini satmır, çünki Çin istehsalı olan avtomobillərə tətbiq edilən yüksək gömrük tarifləri mövcuddur. Lakin şirkət Avropada, Sinqapur və Tayland kimi Asiya bazarlarında, eləcə də Avstraliyada böyük irəliləyişlər qeyd edib.
Tesla-nın Çində satışı isə ardıcıl beşinci aydır azalır.
BYD-nin sədri və təsisçisi Vanq Çuanfu (Wang Chuanfu) verdiyi açıqlamada, şirkətin Çindən kənarda müvəffəqiyyətli olmaq məqsədi də daxil olmaqla məhsulun rəqabət qabiliyyətini artırmaqla yanaşı tədqiqat və inkişafı artırmağı planlaşdırdığını söylədi.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
-
7 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 8 saat əvvəl
-
8 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 8 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Ən çox oxunanlar
Fevralın 18-də gözlənilən hava şəraiti
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var


















