"Amazon" "TikTok"u almaq üçün təklif verib
"TikTok"un ABŞ əməliyyatlarının satışı üçün verilən müddət aprelin 5-də başa çatır və proqramın taleyi həmin tarixə qədər bəlli olmalıdır. Əks halda, sosial media proqramı ABŞ-da milli təhlükəsizlik səbəbi ilə qadağan oluna bilər.
"The New York Times"ın məlumatına görə, son dəqiqə təklifi "Amazon" şirkəti tərəfindən verilib. Texnologiya nəhəngi bütün "TikTok"u almaq təklifi ilə çıxış edib.
Marja xəbər verir ki, Prezident Donald Tramp proqramın taleyini müzakirə etmək üçün bu həftə rəsmilərlə görüşməyə hazırlaşır.
"The Financial Times" xəbər vermişdi ki, ABŞ-ın vençur kapitalı şirkəti "Andreessen Horowitz", "TikTok"u almaqda maraqlı olan digər amerika investorlarını da daxil olduğu və "Oracle"ın rəhbərlik etdiyi təklif üzrə "TikTok"a investisiya etmək üçün danışıqlar aparır. Bu təklif aprelin 5-də başa çatacaq rəsmi müraciət müddəti ərəfəsində ən güclü variantlardan biridir.
Digər tərəfdən, keçən həftə özəl kapital şirkəti "Blackstone"dan da bir investisiya hərəkəti olub. "Blackstone" şirkəti, "ByteDance"ın mövcud qeyri-çinli investorları olan "Susquehanna International Group" və "General Atlantic" ilə birlikdə "TikTok"un ABŞ-dakı əməliyyatlarına sərmayə qoymağı planlaşdırır.
Yadınızdadırsa, ötən həftə ABŞ prezidenti Donald Tramp Çinin "ByteDance" şirkəti ilə "TikTok"u satmaq üçün sövdələşmənin olacağı təqdirdə Çinə tətbiq edilən gömrük rüsumlarını azaltmağa hazır olduğunu açıqlamışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)









.jpg)






