"İpək Yolu Sığorta"nın xalis mənfəəti artıb
"İpək Yolu Sığorta" ASC 2024-cü ili 1 milyon 568 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ili 669 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "İpək Yolu Sığorta"nın xalis mənfəti 2024-cü ildə 2023-cü illə müqayisədə 898 min manat və ya 2,3 dəfə artıb.
Marja.az Şirkətin maliyyə göstəricilərinə istinadən xəbər verir ki, "İpək Yolu Sığorta"nın 2023-cü ildə cəmi gəlirləri 19 milyon 845 min manat ikən, 2024-cü ildə 9 milyon 212 min manat təşkil edib (10 milyon 633 min manat və ya 53,5% azalıb). O cümlədən, Şirkətin hesabladığı sığorta haqları 10 milyon 302 min manat və ya 62,4% azalaraq 6 milyon 210 min manata düşüb.
Ötən il "İpək Yolu Sığorta"nın təkrarsığortaya verilmiş sığorta haqları üzrə xərcləri 3 dəfə azalaraq 4 milyon 709 min manat təşkil edib (2023-cü ildə 14 milyon 282 min manat).
"İpək Yolu Sığorta" ASC-nin cəmi gəlirlərdə 10 milyon 633 min manat azalmaya qarşı, cəmi xərclərində azalma 11 milyon 756 min manat təşkil edib. Xərclərdəki azalma gəlirlərdəki azalmadan 1 milyon 123 min manat yüksək olduğu üçün ötən il "İpək Yolu Sığorta"nın maliyyə mənfəəti artıb.
"İpək Yolu Sığorta" Açıq Səhmdar Cəmiyyəti 1995-ci ildə yaradılmışdır. Şirkət bir çox sığorta növü ilə məşğul olmaq üçün müvafiq lisenziyalara malikdir. "İpək Yolu Sığorta" öz müştərilərinə bütün növ aviasiya sığortası, əmlak, avtomobil, yük, məsuliyyət, tikinti, fərdi qəza, elektron cihaz, montaj və sair növlər üzrə peşəkar sığorta xidməti göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
13 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir












.jpg)








