Netflix-in gəliri birinci rübdə 12,5 faiz artıb
Qlobal internet televiziya şəbəkəsi Netflix-in gəliri bu ilin birinci rübündə 12,5 faiz artaraq 10,5 milyard dollara çatıb.Netflix 2025-ci ilin birinci rübü üzrə balans hesabatını açıqlayıb.
Marja xəbər verir ki, şirkətin gəliri bu ilin birinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 12,5 faiz artaraq 10,5 milyard dollar olub. Şirkətin gəliri 2024-cü ilin birinci rübündə 9,4 milyard dollar olaraq qeydə alınmışdı.
Şirkət gələn rübdə gəlirin 11,04 milyard dollara yüksələcəyini proqnozlaşdırır.
Netflix-in xalis mənfəəti də keçən ilin eyni dövrü ilə müqayisədə birinci rübdə təxminən 24 faiz artaraq 2,9 milyard dollara çatıb. Şirkətin xalis mənfəəti 2024-cü ilin eyni dövründə 2,3 milyard dollar təşkil etmişdi.
Şirkətin bir səhm üzrə qazancı keçən ilin birinci rübündə 5,28 dollardan bu dövrdə 6,61 dollara yüksəlib.
Netflix-in mənfəəti və gəliri bazar proqnozlarını üstələyib.
Maraqlıdır ki, dünya üzrə 300 milyondan çox abunəçisi olan Netflix bu ilin birinci rübünün yekunları üzrə abunəçi sayını açıqlamayıb.
Şirkət ötən ilin son rübündə abunəçilərinin sayının 18,9 milyon artdığını bildirmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
1 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)











.jpg)







