6 qurum ləğv edilir və “Aztelekom”a birləşdirilir
“Aztelekom”un yenidən təşkil olunması haqqında qərar qəbul olunub.Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON Holding) tərkibində fəaliyyət göstərən “Aztelekom” MMC - “Bakı Telefon Rabitəsi” MMC, “AzEvroTel” MMC, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Aztelekom” İstehsalat Birliyinin Beynəlxalq Avtomat Telefon Stansiyası, Gəncə Telekommunikasiya İdarəsi, “Azərrabitəlayihə” MMC və Sumqayıt Telekommunikasiya Qovşağının ona qoşulması nəticəsində yenidən təşkil edilir.
“Aztelekom” MMC-dən Marja.az-a bildirilib ki, vahid idarəetmə mərkəzinin yaradılması inzibati proseslərin sadələşdirilməsinə, resurslardan istifadə səmərəliliyinin artırılmasına və dövlət vəsaitləri də daxil olmaqla kapital və əməliyyat xərclərinə daha çox qənaət edilməsinə imkan verəcək. Məqsəd investisiyaların idarə olunmasının, yüksək potensiala malik kadrların cəlbinin, rəqəmsal inkişafı təmin edən layihələrin icrasının vahid mərkəzdən aparılmasıdır.
Qeyd edilib ki, yenidən təşkil təkrarlanan prosesləri aradan qaldıracaq, əməliyyatların daha çevik olmasına və qərarvermə prosesinin sadələşdirilməsinə zəmin yaradacaq.
Yeni qurumun əsas prioritetlərindən biri də strateji məqsədlərin daha yaxşı əlaqələndirilməsinə və uyğunlaşdırılmasına imkan verən idarəetmə mexanizminin yaradılmasıdır. Vahid idarəetmə çərçivəsində fəaliyyət göstərməklə bu qurum innovasiyaları təşviq edən əməkdaşlıq mühitini də inkişaf etdirəcək.
Vurğulanıb ki, idarəetmənin yenidən təşkili alt qurumlarda mövcud qoşulma proseslərinin optimallaşdırılması, müştəri məmnuniyyətinin və rəqəmsal əlçatanlığın da artırılması ilə nəticələnəcək. Yenidən təşkilin əsas məqsədlərindən biri də müştərilərə təqdim edilən xidmət səviyyəsi və keyfiyyətinin yüksəldilməsidir.
Qeyd edilib ki, uğurla yekunlaşmış “Onlayn Azərbaycan” meqalayihəsinin əsas operatoru olan “Aztelekom” genişzolaqlı və mobil şəbəkə təhlilləri üzrə qlobal şirkət “Ookla” tərəfindən “Speedtest Award for Fastest Fixed Network” (Ən sürətli Sabit Şəbəkə üzrə Speedtest Mükafatı) və rəqəmsal transformasiya məsələləri üzrə 45 illik beynəlxalq təcrübəyə sahib olan nüfuzlu “İDATE” şirkəti tərəfindən “Ev Təsərrüfatlarının Genişzolaqlı İnternetə Qoşulmasının İnkişafı ilə Bağlı Ən Yaxşı Təcrübə” (Best Practice of Home Broadband Development Award) mükafatlarına layiq görülüb. Hər iki mükafat ölkə tarixində ilk dəfə olaraq sabit şəbəkə internet provayderinə təqdim edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
1 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)











.jpg)





