Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
ABŞ və Çin arasında ticarət münasibətləri ilə bağlı ziddiyyətli siqnallar fonunda beynəlxalq birjalarda dolların qiyməti yüksəlir, qızılın qiyməti isə ucuzlaşır. ABŞ prezidenti Donald Tramp əvvəlki gün bəyan edib ki, onun administrasiyası Çinlə danışıqlar aparır. Lakin Pekin bunu inkar edir. Çinin Ticarət Nazirliyinin nümayəndəsi Xə Yadun cümə axşamı keçirdiyi mətbuat konfransında bildirib ki, tərəflər arasında danışıqlar aparılmır və bu istiqamətdə irəliləyişlə bağlı istənilən məlumatları "əsassız"-dır.
Neft qiymətləri cümə günü artım nümayiş etdirir, lakin, həftəni mənfi zonada tamamlayır. Analitiklərin fikrincə, ABŞ və Çin arasında ticarət sahəsindəki münasibətlərlə bağlı ziddiyyətli bəyanatlar neft treyderlərinin əhval-ruhiyyəsinin yaxşılaşmasına kömək etmir, bazar ucuzlaşmanın daha da dərinləşməsi ilə üzləşə bilər.
EUR/USD valyuta cütlüyü 1.13970 səviyyəsindən 1.13150 səviyyəsinə qədər ucuzlaşıb. Qızılın dəyəri ötən gün 3370$-a qədər bahalaşdıqdan sonra bugün artıq 3305$ həddinə qədər ucuzlaşıb. “Brent” markalı neftin bir barel üçün qiyməti isə 66$ səviyyəsində ticarət olunur.
Dünən ABŞ-ın Əmək Nazirliyinin dərc etdiyi hesabata əsasən, ötən həftə ölkədə İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı 6 min artaraq 222 minə çatıb. Son dörd həftə ərzində müraciətlərin ortalama sayı 220.25 min olub.
Həmçini, “IFO” tədqiqat institutunun təqdim etdiyi məlumata görə, Almaniyada Biznes Mühiti İndeksi mart ayı ilə müqayisədə aprel ayında 86.7 bənd səviyyəsindən 86.9 bənd səviyyəsinə kimi yüksəlib. Almaniyanın Cari Qiymətləndirilməsi İndeksinin apreldə 85.7 bənddən 85.5 bəndədək enəcəyi ehtimal olunsa da, göstərici 86.4 bənd səviyyəsində qədər artıb. Cari ayda Almaniyada Biznes Gözləntiləri İndeksi isə 87.7 bənddən sadəcə 87.4 bəndədək geriləyib.
Bugün Böyük Britaniyada və Kanadada açıqlanacaq göstəricilər, xüsusilə, Pərakəndə Satış Dövriyyəsinin Həcmi investorların diqqət mərkəzində olacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
24 d. əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
-
26 d. əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 38 d. əvvəl
-
1 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
1 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
1 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
Rəsmi məzənnələr açıqlandı
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur

























