“Baku Flames” festivalı dünyanın aparıcı reklam və yaradıcılıq sahəsinin mütəxəssislərini bir araya gətirib
Festival Azercell-n tərəfdaşlığı ilə keçirilib.(®) Lider mobil operator “Baku Flames” Beynəlxalq Yaradıcılıq və Effektivlik Festivalının rəsmi tərəfdaşı qismində çıxış edib. Qlobal reklam və kreativ sənaye nümayəndələrinin qatıldığı bu tədbir çərçivəsində Azercell-in təşkil etdiyi “Tatamidən kənarda – Daha yaxşı gələcək naminə mübarizə” adlı panel sessiyası iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanıb.
Panel zamanı korporativ tərəfdaşlıqların sosial təsiri, gənclər arasında sağlam həyat tərzinin təşviqi və idman dəyərlərinin cəmiyyətə inteqrasiyası mövzularında müzakirələr aparılıb.
“Endorphin” kreativ agentliyinin direktoru Orxan Kərimin moderatorluğu ilə keçirilən paneldə Azercell-in Korporativ və Marketinq Ünsiyyət Vasitələri Departamentinin direktoru Sona Abbasova, Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu və tanınmış rep ifaçısı Orxan Zeynallı çıxış ediblər.
Sona Abbasova Azercell-in Azərbaycan Cüdo Federasiyası ilə tərəfdaşlığının dərin və mənalı bir missiyaya əsaslandığını bildirib. O, bu əməkdaşlığın dürüstlük, tərəfdaşlıq və insanlara xidmət kimi ortaq dəyərlər üzərində qurulduğunu və məhz bu dəyərlərin “Qızlara ağ yaraşır” kimi yüksək ictimai təsirə malik sosial təşəbbüslərin həyata keçirilməsinə zəmin yaratdığını qeyd edib. Sona Abbasova, həmçinin, Azercell-in dəyər əsaslı əməkdaşlıqlar vasitəsilə cəmiyyətə müsbət təsir göstərmək öhdəliyinin gələcəkdə də davam edəcəyini vurğulayıb.
Rəşad Rəsullu öz növbəsində Azercell-lə birgə reallaşdırılan daha bir sosial kampaniya olan “Söz verirəm” layihəsinin əhəmiyyətindən danışıb: “Bu təşəbbüs cüdoya olan marağı artırmaq və sağlam həyat tərzini təbliğ etməklə yanaşı, gənclər və yeniyetmələr arasında qlobal səviyyədə aktual olan qısnama mövzusuna toxunur. Layihə vasitəsilə bu problemə diqqət çəkmək istədik, çünki cüdonun təməlində dayanan hörmət, dürüstlük, əzm və dostluq kimi dəyərlər gənclərin formalaşmasında mühüm rol oynayır.”
Tanınmış rep ifaçısı Orxan Zeynallı isə çıxışında Azercell və Cüdo Federasiyanın əməkdaşlığı çərçivəsində ərsəyə gələn “Doğru yol budur” adlı daha bir kampaniya üçün bəstələyib ifa etdiyi əsərindən danışıb. İfaçı musiqinin gənclərə təsirini önə çəkərək, - “Bu layihədə ilk dəstəkçimiz musiqi oldu, çünki musiqi özünüifadə və sosial dəyişiklik üçün güclü vasitəsidir. Bu kampaniya vasitəsilə biz gəncləri zərərli vərdişlərdən uzaq durmağa və doğru seçimlər etməyə təşviq edirik”, - deyə bildirib.
“Azercell Telekom” MMC və şirkətin fəaliyyəti haqqında daha ətraflı məlumat əldə etmək üçün rəsmi Azercell səhifəsinə daxil olun.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
2 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub























