Gəncədə qeyri-ərzaq malları üzrə pərakəndə ticarət dövriyyəsi azalıb
2025-ci ilin yanvar-mart aylarında Gəncə şəhərində pərakəndə ticarət dövriyyəsi haqqında məlumatlar açıqlanıb.
Gəncə Şəhər Statistika İdarəsindən MArja-ya verilən məlumata görə, 2025-cü ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 392,5 milyon manatlıq, o cümlədən 256,2 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 136,3 milyon manatlıq qeyri-ərzaq malları satılmışdır. 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 0,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 21,6 faiz artmış, qeyri-ərzaq malları üzrə isə 23,6 faiz azalmşdır.
2025-ci ilin yanvar-mart aylarında istehlak mallarının dəyər ifadəsində 23,1 faizi ticarət müəssisələri, 36,2 faizi bazar və yarmarkalarda, 40,7 faizi isə fərdi sahibkarlar tərəfindən satılmışdır.
2024-cü ilin yanvar–mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə hüquqi şəxslər üzrə 20,5 faiz, bazar və yarmarkalar üzrə 1,9 dəfə artmış, fərdi sahibkarlar üzrə isə 33,2 faiz azalmışdır.
2025-ci ilin yanvar-mart aylarında Gəncə şəhərində ictimai iaşə dövriyyəsi və ödənişli xidmətlər haqqında
Gəncə şəhərində 2025-ci ilin yanvar-mart aylarında ictimai iaşə dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,2 faiz artaraq 14,7 milyon manat təşkil etmişdir. Dövriyyənin 14,0 milyon manatı fiziki şəxslərin hesabına təmin olunmuşdur.
2025-ci ilin yanvar-mart aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrünə nisbətən real ifadədə 7,5 faiz artaraq 126,9 milyon manat təşkil etmişdir. Hüquqi şəxslər tərəfindən əhaliyə 38,4 milyon manatlıq xidmət göstərilmiş və xidmətlərin ümumi dəyərinin 30,3 faizini təşkil etmişdir. Ödənişli xidmətlərin 17,7 faizi dövlət, 82,3 faizi isə qeyri-dövlət mülkiyyətindən ibarət olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
18 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir



















