"Aqrar Tədarük və Təchizat" tədbir keçirib, şirkətlərə nəzərdə tutulan satınalmalar barədə məlumat verilib
Mayın 27-də, Boulevard Marriott Hoteldə Kənd Təsərrüfatı Nazirliyi və "Aqrar Tədarük və Təchizat" ASC-nin təşkilatçılığı ilə “Kənd təsərrüfatında dövlət satınalmaları: mövcud vəziyyət və perspektivlər” mövzusunda seminar baş tutub.
"Aqrar Tədarük və Təchizat" ASC-nin yaydığı məlumada bildirilir ki, tədbirin məqsədi kənd təsərrüfatı sektorunda 2024-cü ildə icra edilən satınalmalar, cari ildəki vəziyyət və perspektivlər barədə məlumatları satınalan təşkilatlar və təchizatçılarla bölüşmək, cari ildə keçirilən və qarşıda keçirilməsi nəzərdə tutulan satınalmaların predmentləri, metodları barədə informasiya vermək olub.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi və tabeli qurumları, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndələri, sahibkarlar və təchizatçılar iştirak ediblər.
Tədbirdə çıxış edən Kənd təsərrüfatı naziri cənab Məcnun Məmmədov bildirib ki, satınalma yalnız məhsul və xidmətlərin əldə olunması prosesi deyil, eyni zamanda ictimai resursların düzgün idarə olunması, şəffaflıq və ədalətin təmin edilməsi, fermerlərin və sahibkarların dövlətə olan etimadının gücləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır: “Satınalma sisteminin rəqəmsallaşdırılması, ictimai iştirakın genişləndirilməsi və institusional nəzarət mexanizmlərinin gücləndirilməsi nazirliyə və cəmiyyətə şəffaf, hesabatlı və ədalətli idarəetmə mühitini təmin etməyə imkan verir. Bu, təkcə fermerlərin deyil, bütövlükdə kənd təsərrüfatı sektoruna inam və dayanıqlığını artırır.”
Daha sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri cənab Elnur Bağırov qeyd edib ki, dövlət satınalmaları ictimai dəyər yaradan mühüm vasitədir: “Satınalma sahəsində rəqabətli və şəffaf yanaşmaya əsaslanan sistemin qurulması bizim üçün prioritetdir. Dövlət satınalmalarının rəqəmsallaşdırılması və “Etender.gov.az” portalı üzərindən həyata keçirilməsi bu sahədə əlçatanlığın və iştirakçılığın əhəmiyyətli dərəcədə artırılmasına xidmət edir. Səmərəli və dürüst satınalma prosesi dövlət-özəl münasibətlərinin möhkəmlənməsinə, eyni zamanda dövlətin dayanıqlı inkişafına töhfə verir.”
Çıxış edən “Aqrar Tədarük və Təchizat” ASC-nin idarə heyətinin sədri Elgün Məhəmmədəlizadə isə qeyd edib ki, Kənd təsərrüfatı sahəsində dövlət satınalmaları yalnız texniki məsələ deyil, eyni zamanda strateji planlaşdırma və milli inkişafın təmin olunması vasitəsidir.
Tədbir seminar və sual-cavab sessiyası ilə davam edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
- 28 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyənin tanınmış restoranlar şəbəkəsinin Azərbaycanda 2-ci filialı açılıb
-
2 saat əvvəl
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
-
2 saat əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
4 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Trampdan "Netflix"ə xəbərdarlıq: “Onu işdən çıxarın"
Gbaru.com startapı artıq Avropada!
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb























