ATL Akademiya və ATL Tech-dən texnologiya sahəsində qadınlara dəstək
“8 Mart, 8 Qadın” layihəsi bu il də uğurla həyata keçirilib. 8 qadın namizəd ATL Akademiyada tam təqaüdlə təhsil almaq hüququ qazanıb.İKT sahəsində qadınların təmsilçiliyini artırmaq məqsədilə ATL Akademiya və ATL Tech şirkətləri tərəfindən birgə təşkil edilən “8 Mart, 8 Qadın” sosial təşəbbüsü 2025-ci ildə də uğurla başa çatıb.
Artıq üçüncü ildir ki, davam edən bu layihə çərçivəsində informasiya texnologiyaları sahəsində karyera qurmaq istəyən 8 qadın namizəd ATL Akademiyada tam təqaüdlə təhsil almaq hüququ qazanıb.
ATL Akademiyanın yaydığı məlumatda bildirilir ki, bu il layihəyə 500-dən çox qadın namizəd müraciət edib ki, bu da İKT sahəsinə olan artan marağın və qadınların texnologiya sahəsində təhsil almaq istəklərinin göstəricisidir.
Layihənin məqsədi
“8 Mart, 8 Qadın” layihəsi Beynəlxalq Qadınlar Günü çərçivəsində qadınlara öz gələcəklərini dəyişmək üçün əvəzolunmaz bir fürsət yaratmağı hədəfləyir. Proqramın əsas məqsədləri aşağıdakılardır:
- İKT sahəsində qadınların təmsilçiliyini artırmaq
- Peşəkar qadın mütəxəssislərin yetişdirilməsinə töhfə vermək
- Əmək bazarında qadınların rəqabət qabiliyyətini yüksəltmək
- Texnologiya sahəsində gender bərabərliyini təşviq etmək
Təqaüd proqramı hansı sahələri əhatə edir?
Seçilmiş iştirakçılar ATL Akademiyanın təqdim etdiyi aşağıdakı ixtisaslar üzrə tam ödənişsiz təhsil alma imkanı əldə ediblər:
- Frontend Proqramlaşdırma
- Java Backend Proqramlaşdırma
- C# Backend Proqramlaşdırma
- iOS Mobil Proqramlaşdırma
- Android Mobil Proqramlaşdırma
- Product Management
- İT Biznes Analitika
- Technical Product Management
- Data Analitika
- Data Science and Machine Learning
- Scrum Master
Qaliblər öz maraq və bacarıqlarına uyğun olaraq bu ixtisaslardan birini seçərək təhsillərinə başlayacaqlar.
Seçim prosesi necə aparılıb?
Təqaüd proqramının seçim mərhələləri 3 hissədən ibarət olub:
- Qeydiyyat mərhələsi: Rəsmi qeydiyyat formasının doldurulması və ilkin qiymətləndirmə
- İmtahan mərhələsi: Məntiq, informatika və ingilis dili üzrə 30 suallıq kompleks test
- Müsahibə mərhələsi: Texnologiyaya maraq, motivasiya və şəxsi potensial əsasında dəyərləndirmə
Təqaüdün əhatə dairəsi
Layihə çərçivəsində verilən təqaüd 2025-ci ilin sonunadək qüvvədədir və seçilmiş iştirakçıların təhsil haqqını tam şəkildə əhatə edir. Təqaüdçülər yalnız nəzəri biliklər deyil, həm də praktiki layihələr üzərində çalışaraq, real iş mühitinə uyğun bacarıqlarla təchiz olunacaqlar.
ATL Akademiya və ATL Tech olaraq, texnologiya sahəsində qadınların sayının artmasına dəstək göstərməyi, bacarıqlı və motivasiyalı qadınların inkişafına şərait yaratmağı qarşıya məqsəd qoymuşuq. Gələcək illərdə bu təşəbbüsün daha da genişləndirilməsi nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 17 d. əvvəl
-
1 saat əvvəl
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
-
1 saat əvvəl
Dövlət şirkəti istiqraz buraxılışı yolu ilə 30 milyon dollar borc alır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan fındığı xaricə daha baha satılıb, ixracından gəlirlər artıb
-
2 saat əvvəl
Xarici ölkələrə 158 min ton satılıb, 175 milyon dollar gəlir götürülüb
-
2 saat əvvəl
11 ayda Azərbaycana 108 milyon dollara yaxın gəlir gətirən məhsul
-
3 saat əvvəl
Aztəminatlı ailələrə birdəfəlik maddi yardım veriləcək – SƏRƏNCAM
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Bakı metrosunun reklam gəlirləri açıqlanıb
11 ayda Azərbaycana 108 milyon dollara yaxın gəlir gətirən məhsul
Aztəminatlı ailələrə birdəfəlik maddi yardım veriləcək – SƏRƏNCAM
2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib - SƏRƏNCAM
“AzInTelecom” və Azərbaycan Uşaq Fondunun birgə layihəsi – “SİMA missiyası” kitabı işıq üzü gördü
Dekabrın 23-də gözlənilən hava şəraiti
Azərbaycan-ABŞ iqtisadi tərəfdaşlığı müzakirə edilib


















.jpg)




.jpg)
