Qızıl 1-ci, pomidor 2-ci, pambıq 3-cü olub - QEYRİ-NEFT İXRACI ÜZRƏ YENİ RƏQƏMLƏR
“İxrac icmalı”nın iyun sayı təqdim olunub.İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın iyun sayını təqdim edib.
Marja.az İcmala istinadən xəbər verir ki,, 2025-ci ilin yanvar-may aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 11.6% artaraq 1,4 milyard ABŞ dolları təşkil edib. Bu dövrdə yeyinti məhsullarının ixracı 14,4% artaraq 417.7 milyon ABŞ dollarına bərabər olub.
2025-ci ilin yanvar-may aylarında ixrac olunan kimya sənayesi məhsulları ötən ilin müvafiq dövrünə nəzərən 46,8 milyon ABŞ dolları və ya 45,9%, şəkər 3 milyon ABŞ dolları və ya 30,1%, pambıq iplik 1,3 milyon ABŞ dolları və ya 14,5%, meyvə-tərəvəz 48 milyon ABŞ dolları və ya 19,1%, qara metallar və onlardan hazırlanan məmulatlar 3,8 milyon ABŞ dolları və ya 11,3% artıb.
Hesabat dövründə aqrar məhsullar üzrə ixrac 17.2% artaraq 331,2 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac isə 5,9% artaraq 115.6 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 14% artaraq 446,7 milyon ABŞ dolları təşkil edib.
Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (121,3 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (113.8 milyon ABŞ dolları) ikinci, pambıq (88,8 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.
2025-ci ilin may ayında isə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında pomidor (tomat) (39,1 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pambıq (27.2 milyon ABŞ dolları) ikinci, qızıl (25,9 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.
Cari ilin ilk beş ayında Rusiya Federasiyasına 442,3 milyon ABŞ dolları, Türkiyəyə 251,4 milyon ABŞ dolları, İsveçrəyə 127,9 milyon ABŞ dolları, Gürcüstana 125,5 milyon ABŞ dolları, Ukraynaya isə 76.5 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2025-ci ilin may ayında Rusiya Federasiyasına 121,5 milyon ABŞ dolları, Türkiyəyə 63,7 milyon ABŞ dolları, İsveçrəyə 27,4 milyon ABŞ dolları, Gürcüstana 19.7 milyon ABŞ dolları, Ukraynaya 13,5 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.
2025-ci ilin yanvar-may ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar: “MKT İstehsalat Kommersiya" MMC,"Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, "Baku Steel Company" QSC, "Avrora" Məhdud Məsuliyyətli Cəmiyyəti,"P-AQRO" MMC, "Export Stream" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Khan-El" MMC, "Azərbaycan Şəkər İstehsalat Birliyi"MMC, "Sahdag SY" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Green Tech" MMC.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: “SOCAR Polymer” MMC, “AzerGold” QSC, “Azəralüminium” MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları"QSC, Naxçıvan MR Dövlət Energetika Xidməti, "İstisu" mineral su zavodu MMC, "Azəripək".
2025-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi(Azərkosmos) tərəfindən dünyanın 40 ölkəsinə 7 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 65%-ni təşkil edib. 2025-ci ilin may ayında isə “Azərkosmos” dünyanın 33 ölkəsinə 1,4 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 1,9 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 1,5 milyon ABŞ dolları ilə Lüksemburq, 345,6 min ABŞ dolları ilə Nigeriya, 300,6 min ABŞ dolları ilə Türkiyə, 298,2 min ABŞ dolları ilə Misir qərarlaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
43 d. əvvəl
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
-
-
48 d. əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
2 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
3 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
3 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
Gbaru.com startapı artıq Avropada!
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb






















