ABB mobile ilə artıq gecə-gündüz sərbəst investisiya imkanı!
07 iyul 2025-ci il tarixindən etibarən, ABB Invest müştəriləri ABB mobile tətbiqi vasitəsilə ABŞ birjalarında qeyri-ticarət saatlarında da əməliyyatlar apara biləcəklər. Bu yeniliklə, investorlar günün istənilən vaxtında bazara çıxış əldə edir və investisiya imkanlarını maksimum dərəcədə genişləndirirlər.
Bu barədə məlumat ABB İnvest-in icraçı direktoru Nadir Babazadənin iştirakı ilə keçirilmiş mətbuat konfransında ictimaiyyətə təqdim olunub.
Nadir Babazadə çıxışında vurğulayıb ki, artıq ABB Invest müştəriləri ABŞ birjalarında uzadılmış ticarət saatları ərzində də əməliyyat həyata keçirə biləcəklər. Beləliklə, investorlar yalnız rəsmi ticarət saatlarında deyil, həmçinin birjaların açılışından öncə və bağlanışdan sonra da bazarda aktiv ola biləcəklər.
Yeni ticarət saatları aşağıdakı kimidir:
• Pre-market: 12:00 – 17:30
• Əsas bazar: 17:30 – 00:00
• Post-market: 00:00 – 04:00
Bu imkanlar investorlar üçün:
• Bazar dəyişikliklərinə daha operativ reaksiya vermək,
• Ani qiymət dalğalanmalarından faydalanmaq,
• Daha çeşik və səmərəli ticarət strategiyaları qurmaq imkanı yaradır.
ABB Invest-in bu uğurlu addımı, DriveWealth LLC ilə olan strateji əməkdaşlıq çərçivəsində reallaşdırılıb. Qeyd edək ki, DriveWealth – ABŞ-da qeydiyyatdan keçmiş və tanınmış API brokeridir. Bu əməkdaşlıq sayəsində ABB mobile tətbiqi üzərindən əldə edilən səhmlər və qiymətli kağızlar birbaşa istifadəçilərin öz adlarına rəsmiləşdirilir ki, bu da onları mümkün risklərdən qoruyur.
Nadir Babazadə çıxışında əlavə edib ki, ABB Invest müştərilərinin sərmayələri The Securities Investor Protection Corporation (SIPC) tərəfindən 500,000 ABŞ dolları məbləğində sığortalanır. Bu isə hər hansı bir kontr-agent riskinin və ya brokerin müflisləşməsi halında belə müştərilərin aktivlərinin qorunmasını təmin edir.
“ABB - Invest İnvestisiya Şirkəti” QSC AMB-nin 18.09.2020-ci il tarixli İŞ-05 nömrəli lisenziyası əsasında fəaliyyət göstərir. Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 67
® Reklam
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 d. əvvəl
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
-
51 d. əvvəl
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
-
55 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Level Leasing"də yığıncaq keçiriləcək
Ən çox oxunanlar
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi






.jpg)
.jpg)





.jpg)





