Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Avropa Mərkəzi Bankının (ECB) cümə axşamı faiz dərəcəsi ilə bağlı qərarı ərəfəsində bu gün beynəlxalq birjalarda dollar major valyutalar qarşısında ucuzlaşır.
EUR/USD valyuta cütlüyü 1.17100 səviyyəsindən 1.17800 səviyyəsinə qədər yüksəlib. GBP/USD cütlüyü eyni müddət ərzində 1.35140 həddindən 1.35880 həddinə kimi artıb. Dolların zəifləməsinə baxmayaraq, qızıl dəyər itirib. Qiymətli metal 3439$ səviyyəsinə qədər yüksəldikdən sonra 3370$ səviyyəsinə kimi kəskin geriləyib.
ABŞ prezidenti Donald Tramp bir gün əvvəl bəyan edib ki, Yaponiya ticarət sazişi çərçivəsində Amerika iqtisadiyyatına 550 milyard dollar investisiya edəcək. Bundan əlavə, ABŞ Yaponiyaya avtomobil, həmçinin düyü və digər kənd təsərrüfatı məhsulları ixrac etməyə başlayacaq. Yaponiyadan idxal olunan mallara isə Amerikada 15% həcmində tarif tətbiq olunacaq.
Yaponiya ilə əldə olunan razılaşma, ABŞ-ın 1 avqust üçün müəyyən edilmiş tarif tətbiqi son tarixindən əvvəl digər ticarət tərəfdaşları ilə də razılığa gələ biləcəyi ümidlərini artırır.
“Financial Times” qəzeti çərşənbə günü bildirib ki, Brüssel və Vaşinqton da ticarət sazişi bağlamağa yaxındırlar. Bu sazişə əsasən, Avropadan ABŞ-a idxal olunan mallara tariflər 15% təşkil edəcək. Müzakirə olunan şərtlərə hər iki tərəfin bir sıra mallara, o cümlədən təyyarələrə, alkoqollu içkilərə və tibbi avadanlıqlara tətbiq olunan tariflərdən imtina etməsi daxildir.
Dünən dərc olunan məlumatlara əsasən, ABŞ-da təkrar mənzil bazarında satışlar iyun ayında əvvəlki ayla müqayisədə 2.7% azalaraq illik hesablama ilə 3.93 milyon evə qədər enib. May ayı üzrə göstərici əvvəl açıqlanan 4.03 milyon evdən 4.04 milyon evə qədər yenilənib. Ötən ilin iyun ayı ilə müqayisədə isə təkrar mənzil satışlarında dəyişiklik olmayıb.
Bu gün Bakı vaxtı ilə saat 16:15-də Avropa Mərkəzi Bankının (ECB) faiz dərəcəsi ilə bağlı qərarı investorların diqqət mərkəzində olacaq əsas hadisələrdən biridir. Həmçinin, Almaniyada, Avrozonada, Böyük Britaniyada və ABŞ-da açıqlanacaq Biznes Aktivliyi İndeksi göstəriciləri bazar iştirakçıları tərəfindən maraqla izləniləcək. Əlavə olaraq, Almaniyada "GFK" tərəfindən İstehlakçı İnamı İndeksi, ABŞ-da isə Yeni Mənzil Satışlarının Həcmi göstəriciləri dərc olunacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur







.jpg)





.jpg)







