Qlobal ərzaq qiymətləri artır - ət qiymətləri tarixi maksimuma çatıb
Qlobal ərzaq qiymətlərində artım iyun ayından sonra iyul ayında da davam edib. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 2025-ci ilin iyul məlumatlarına əsasən, son aylarda qlobal ərzaq qiymətləri artmaqda davam edir. FAO-nun Ərzaq Qiymətləri İndeksinin artımına xüsusilə ət və bitki yağının qiymətlərində güclü artımlar səbəb olub, taxıl, süd məhsulları və şəkərin qiymətlərində isə ucuzlaşma müşahidə olunub.Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Ərzaq Qiymətləri İndeksi (ƏQİ) 2025-ci ilin iyul ayında orta hesabla 130,1 bənd təşkil edib ki, bu da iyun ayı ilə müqayisədə 2,1 bənd və ya 1,6 faiz artım deməkdir.
Marja.az-ın məlumatına görə, taxıl, süd məhsulları və şəkər üzrə qiymət indeksləri azalsa da, ət və bitki yağları üzrə indekslərdəki artım bu azalmanı üstələmişdir. Ümumilikdə, ƏQİ 2024-cü ilin iyul ayına nisbətən 9,2 bənd (7,6 faiz) yüksək olsa da, 2022-ci ilin martında qeydə alınmış zirvə səviyyəsindən 30,1 bənd (18,8 faiz) aşağıdır.
FAO Taxıl Qiymətləri İndeksi iyul ayında orta hesabla 106,5 bənd təşkil edərək iyun ayı ilə müqayisədə 0,8 bənd (0,8 faiz), 2024-cü ilin iyul ayı ilə müqayisədə isə 4,2 bənd (3,8 faiz) azalıb. Arpa və qarğıdalının dünya ixrac qiymətləri artsa da, darı və buğdanın qiymətləri enib. Şimal yarımkürəsində davam edənbuğda yığımından əldə olunan bol məhsul (təklif) qiymətlərə azaldıcı təsir göstərib. FAO Ümumi Düyü Qiymətləri İndeksi 2025-ci ilin iyulunda 1,8 faiz azalıb, çünki ixrac üçün kifayət qədər ehtiyatların mövcudluğu və zəif idxal tələbatı qiymətlərə aşağı istiqamətli təzyiq göstərməkdə davam edib.
FAO Bitki Yağları Qiymətləri İndeksi iyul ayında orta hesabla 166,8 bənd təşkil edib ki, bu da aylar üzrə müqayisədə 11,1 bənd (7,1 faiz) artım deməkdir və son üç ilin ən yüksək göstəricisidir. Artım əsasən palma, soya və günəbaxan yağlarının qiymətlərindəki artım hesabına olub. Qarğıdalı yağı qiymətləri iə azalıb. Palma yağı qiymətləri iyul ayında ardıcıl ikinci dəfə artaraq, digər bitki yağları ilə müqayisədə qiymət rəqabət qabiliyyətinin yaxşılaşması və davamlı güclü qlobal idxal tələbi ilə dəstəklənib. Soya yağı qiymətləri isə Amerikada bioyanacaq sektorundan gələn güclü xammal tələbinin artması ilə yüskəlib. Günəbaxan yağı qiymətləri isə Qara dəniz regionunda mövsümi azalan təklif səbəbindən yüksəlib.
FAO Ət Qiymətləri İndeksi iyul ayında orta hesabla 127,3 bənd təşkil edərək iyun ayına nisbətən 1,5 bənd (1,2 faiz), 2024-cü ilin iyul ayına nisbətən isə 7,3 bənd (6,0 faiz) artıb və yeni tarixi maksimuma çatıb. Artım əsasən mal və qoyun əti qiymətlərindəki artım, həmçinin quş əti qiymətlərində cüzi artım hesabına olub, donuz əti qiymətləri isə azalıb. Mal əti qiymətləri yeni rekord həddə çatıb, xüsusilə Avstraliyada Çindən və ABŞ-dan gələn güclü idxal tələbinin mövcud ixrac təklifini üstələməsi qiymətləri yuxarı çəkib. Braziliyada da güclü qlobal tələbat qiymətləri artırıb. Qoyun əti qiymətləri ardıcıl dördüncü ay kəskin artaraq, Okeaniyadan məhdud ixrac təklifi və davamlı qlobal tələbatı əks etdirib. Quş əti qiymətləri Braziliyada ixrac qiymətlərinin artması fonunda cüzi yüksəlib, bu isə iyunun ortasında ölkənin yüksək patogenlikli quş qripindən azad statusunu bərpa etməsindən sonra bir sıra əsas ticarət tərəfdaşlarının idxalı tədricən bərpa etməsi ilə əlaqədardır. Əksinə, donuz əti qiymətləri əsasən Avropa İttifaqında enib, burada bol daxili təklif zəif qlobal alıcı marağı ilə üst-üstə düşüb.
FAO Süd Məhsulları Qiymətləri İndeksi iyul ayında orta hesabla 155,3 bənd təşkil edib ki, bu da iyun ayına nisbətən 0,2 bənd (0,1 faiz) az, 2024-cü ilin iyuluna nisbətən isə 21,5 faiz yüksəkdir. 2024-cü ilin Aprel ayından bəri ilk dəfə qeydə alınan bu cüzi azalma əsasən kərə yağı və süd tozlarının beynəlxalq qiymətlərinin enməsi hesabına olub, lakin pendir qiymətlərində davam edən artım bu azalmanı qismən kompensasiya edib. Kərə yağı qiymət indeksi 1,1 faiz enərək son altı ayda ilk dəfə azalıb, bu da əsasən Okeaniyada artan istehsal və yüksələn ehtiyatların qiymətlərə təzyiq göstərməsi ilə bağlıdır. Lakin Avropa İttifaqında qaymaq qıtlığı və güclü tələbat kərə yağı qiymətlərini yüksək saxlayaraq ümumi azalmanı məhdudlaşdırıb. Tam və yağsız süd tozu qiymət indeksləri Okeaniyadan bol ixrac təklifi və xüsusilə Çin və digər əsas Asiya bazarlarından zəif idxal tələbi səbəbindən enməkdə davam edib. Əksinə, beynəlxalq pendir qiymətləri Asiya və Yaxın Şərq bazarlarından davamlı tələbat və Avropa İttifaqında azalan ixrac təklifi səbəbindən artıb, lakin Okeaniya və ABŞ-da qiymətlərin enməsi bu artımı qismən məhdudlaşdırıb.
FAO Şəkər Qiymətləri İndeksi iyul ayında orta hesabla 103,3 bənd təşkil edib ki, bu da iyun ayına nisbətən 0,2 bənd (0,2 faiz) azdır. Bu, ardıcıl beşinci aylıq azalma olmaqla, 2024-cü ilin iyuluna nisbətən 16,2 bənd (13,5 faiz) aşağıdır. 2025/26 mövsümündə dünya şəkər istehsalında bərpa ehtimalı ilə bağlı ilkin proqnozlar – xüsusilə Hindistan və Taylandda daha böyük həcmdə məhsul gözləntiləri, həmçinin Braziliyanın əsas cənub bölgələrində əlverişli hava şəraiti – iyul ayında dünya şəkər qiymətlərinə azaldıcı təsir göstərib. Bununla belə, dünya şəkərinə idxal tələbatında canlanma əlamətləri ümumi azalmanı məhdudlaşdırıb.
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 9 saat sonra
-
3 saat əvvəl
Liviyanın Baş Qərargah rəisi və daha 4 yüksək rütbəli şəxs Ankarada təyyarə qəzasında həlak olub
-
4 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 52 investor əldə edib
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
- 5 saat əvvəl
-
6 saat əvvəl
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
- 8 saat əvvəl
-
10 saat əvvəl
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
“Mercedes-Benz” təxminən 150 milyon dollar cərimə ödəyəcək
Ən çox oxunanlar
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
Ağdamda “Hilton” hoteli istifadəyə verildi
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Gümüş qiyməti ilk dəfə 70 dollar səviyyəsini keçdi
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi
ABŞ-də iqtisadi artım gözləntiləri üstələdi
















