İxrac fəaliyyəti ilə məşğul olan sahibkarların nəzərinə
Mənşə sertifikatlarının “e-keyfiyyet.gov.az” informasiya sistemi üzərindən verilməsinə tam keçid təmin olunacaq. İxrac fəaliyyəti ilə məşğul olan sahibkarlara mənşə sertifikatları üçün müraciətlərini Keyfiyyət informasiya sistemi (e-keyfiyyet.gov.az) vasitəsilə həyata keçirmələri tövsiyə edilir.Malın mənşə ölkəsini təsdiq edən müraciətlərin qəbulunun Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Keyfiyyət informasiya sistemi (https://e-keyfiyyet.gov.az/home) üzərindən həyata keçirilməsinə başlanılıb.
Bu məqsədlə Agentlik tərəfindən malın mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsi prosesinin tam elektronlaşdırılması üçün “Mənşə sertifikatı” alt modulu hazırlanaraq Keyfiyyət informasiya sistemində istifadəyə verilib.
Mənşə sertifikatlarının əldə olunması ilə bağlı müraciətlərin Keyfiyyət informasiya sistemi vasitəsilə edilməsi ixracatçılar üçün bir sıra üstünlüklər yaradır. Bunlara elektron imza və ya asan imzadan istifadə etməklə şəxsi kabinetin yaradılması, real rejimdə müraciətlərin icra statusları barədə dəqiq məlumatların əldə edilməsi, malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizanın keçirilməsi məqsədilə müqavilənin bağlanması və keçirilən ekspertiza üçün xidmət haqqının ödənilməsinin elektron qaydada həyata keçirilməsi, dövlət rüsumlarının elektron qaydada ödənilməsi, müəyyən dövr aralığında əldə edilmiş mənşə sertifikatları barədə statistik məlumatların əldə olunması, ixracatçıların təqdim etdiyi məlumatlar əsasında mənşə sertifikatlarının elektron qaydada formalaşdırılması, mənşə sertifikatlarının çevik və operativ əldə edilməsi və s. aiddir.
Qeyd edək ki, “Mənşə sertifikatı” alt modulundan istifadəyə dair videoçarx Agentliyin rəsmi “Youtube” kanalında (https://www.youtube.com/watch?v=ZUwJT2mODRg&t=89s) yerləşdirilib. Həmçinin “e-keyfiyyet.gov.az” informasiya sisteminin “Elektron xidmətlər” bölməsinin (https://e-keyfiyyet.gov.az/e-services) “Mənşə sertifikatlarının alınması üçün müraciət” alt bölməsi vasitəsilə də videoçarxla tanış olmaq mümkündür.
Məlumat üçün bildirək ki, hazırda malın mənşə ölkəsini təsdiq edən sertifikatın əldə olunması üçün müraciətlər İqtisadiyyat Nazirliyinin rəsmi internet saytının “Elektron xidmətlər” bölməsi vasitəsilə qismən elektron qaydada qəbul edilir.
Yeni dəyişikliklə əlaqədar sistemə tam keçid təmin olunduqdan sonra mənşə sertifikatlarının əldə edilməsi prosesində ləngimələrin qarşısının alınması və sistemdən istifadə bacarıqlarının formalaşdırılması məqsədilə sahibkarlara qarşıdakı dövrdə mənşə sertifikatları üçün müraciətlərini Keyfiyyət informasiya sistemi vasitəsilə həyata keçirmələri tövsiyə edilir.
“E-keyfiyyet.gov.az” informasiya sistemindən istifadəyə dair yaranmış suallarla bağlı aşağıdakı nömrələr ilə əlaqə saxlamağınız xahiş olunur:
Tel.: (012) 599 76 00 (daxili 5916)
(012) 599 76 00 (daxili 5976)
Mob.: (010) 253 43 12
(051) 215 05 60
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
43 d. əvvəl
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
-
-
48 d. əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
2 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
3 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
3 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
Gbaru.com startapı artıq Avropada!
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb























