“SİMA KYC” (Müştərini tanı) “Leobank”da
SİMA-nın “KYC” (Müştərini tanı) rəqəmsal həlli “Leobank” mobil tətbiqinə uğurla inteqrasiya edilib.
Artıq mobil tətbiqdən istifadə zamanı əlavə təhlükəsizlik yoxlaması tələb olunan hallarda “SİMA KYC”-nin üztanıma texnologiyası ilə şəxsiyyətin təsdiqlənməsi həyata keçiriləcək. Proses nəticəsində əməliyyatı icra edən şəxsin hesabın həqiqi sahibi olub-olmadığı müəyyən ediləcək. Əməliyyat yalnız hesab sahibinin şəxsiyyəti təsdiqləndikdən sonra davam etdiriləcək.
Yeniliyin əsas məqsədi rəqəmsal təhlükəsizliyin gücləndirilməsi, müştəri təcrübəsinin təkmilləşdirilməsi və müştərinin fiziki iştirakı olmadan aparılan əməliyyatlarda kiberdələduzluq risklərinin azaldılmasıdır.
Qeyd edək ki, bu yenilik ilə SİMA məhsullarının inteqrasiya olunduğu Azərbaycan banklarının sayı 12-ə çatıb.
“SİMA KYC” haqqında
“SİMA KYC” (Know Your Customer – Müştərini tanı) rəqəmsal həlli AZCON Holding şirkətlərindən olan “AzInTelecom” tərəfindən 2023-cü ildə yaradılıb. Bu həll üz cizgiləri əsasında biometrik identifikasiya apararaq istifadəçinin kimliyini müəyyən edir. “SİMA KYC” şəxsiyyətin təsdiqlənməsi üçün lazım olan bütün proseslərdə istifadə oluna bilər.
SİMA-nın “KYC” həlli, maliyyə əməliyyatlarında şəffaflığı və etibarlılığı artırmaqla yanaşı, bank sektorunda müasir təhlükəsizlik standartlarının tətbiqinə də töhfə verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
45 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























