Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
ABŞ-da statistik məlumatların dərc olunması fonunda dollar major valyutalar qarşısında bir qədər bahalaşıb.
Ötən gün beynəlxalq birjalarda 1.16980 səviyyəsinə qədər bahalaşan EUR/USD valyuta cütlüyü, bu gün 1.16560 səviyyəsinə kimi ucuzlaşıb.
Qızılın qiyməti 23 iyul 2025-ci il tarixindən bəri ilk dəfə 3423$-a qədər yüksəlib, hazırda isə dəyərli metal bir qədər ucuzlaşaraq 3407$ həddində ticarət olunur.
Dünən ABŞ-ın Ticarət Nazirliyinin açıqladığı məlumatlara əsasən, ölkənin ikinci rüb üzrə ÜDM artımı illik ifadədə 3%-dən 3.3%-ə qədər yuxarıya doğru nəzərdən keçirilib. Həmçinin ölkədə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 234 min nəfərdən 229 min nəfərə azalıb.
Əlavə olaraq, bu gün Yaponiyada dərc olunan məlumatlara görə, iyul ayında ölkədə İşsizlik Səviyyəsi 2.5%-dən 2.3%-ə qədər geriləyib. İyul ayında Yaponiyanın Sənaye Sektorunda İstehsal Həcmi isə 1.6% azalıb.
Cümə axşamı ABŞ-ın “S&P 500” fond indeksi tarixdə ilk dəfə olaraq 6500 bənd həddini üzərinə qalxıb. Ekspertlərin fikrincə, ÜDM göstəricisinin proqnozların üzərində açıqlanması ABŞ fond bazarında yeni tarixi maksimumlara səbəb olub. Bu da ABŞ iqtisadiyyatında tənəzzül əlamətlərinin olmadığını göstərir. Onlar düşünürlər ki, iqtisadiyyat tam gücü ilə işləyir və bu, bazarlara ilin əvvəlində tariflərlə bağlı yaranmış narahatlıqların böyük hissəsinin əsassız olduğunu göstərir.
Bu gün Almaniyada dərc olunacaq İstehlak Qiymətləri İndeksi, İşsizlik Səviyyəsi və Pərakəndə Satış Dövriyyəsinin Həcmi investorların diqqət mərkəzində olacaq. Bundan əlavə, cümə günü ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsi ilə bağlı qərarlarda nəzərə aldığı Şəxsi İstehlak Xərclərinin Qiymət İndeksi (PCE) dərc olunacaq. Həmçinin ABŞ əhalisinin gəlirləri və xərcləri barədə məlumat dollarının dəyərinə təsir edə bilər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur




.jpg)
.jpg)





.jpg)






