Azərbaycan istiqrazları Unicapital vasitəsilə Cbonds-da
(®) Azərbaycanın qiymətli kağızlar bazarında aparıcı şirkətlərdən biri olan Unicapital və dünyaca məşhur Cbonds platforması yerli korporativ istiqrazlar üzrə əməkdaşlığa başlayıb.
Artıq Unicapital tərəfindən təqdim olunan Azərbaycan istiqrazlarının kotirovkaları Cbonds-un rəsmi saytında investorlar üçün əlçatan olacaq.
Hazırda platformada Unibank istiqrazlarının kotirovkaları təqdim edilir:
- Unibank (Azərbaycan) – 11,5% illik gəlirlilik, ödəniş tarixi 22.10.2027 (AZN)
- Unibank (Azərbaycan) – 8% illik gəlirlilik, ödəniş tarixi 26.12.2030 (USD)
- Unibank (Azərbaycan) – 8% illik gəlirlilik, ödəniş tarixi 29.05.2031 (USD)
“Azərbaycan bazarı bizim üçün regionda mühüm mövqe tutan dinamik bir bazar kimi xüsusi maraq kəsb edir. Portfellərinin diversifikasiyası üçün yeni imkanlar axtaran beynəlxalq investorların diqqəti də məhz bu bazara yönəlib. Unicapital-ın kotirovkaları hesabına Cbonds-un təqdim etdiyi məlumat bazasının genişlənməsi müştərilərimizə ölkənin borc alətləri bazarı haqqında daha dolğun və aktual məlumat əldə etməyə imkan verəcək.
Biz bu tərəfdaşlığı uzunmüddətli və səmərəli əməkdaşlığın başlanğıcı kimi görürük və Azərbaycandakı partnyorlarımızla əlaqələri genişləndirməyi planlaşdırırıq”, - deyə Cbonds-un MDB və Çin borc alətləri bazarlarının Departament rəhbəri Aleksandr Budarin şərh edib.
"Cbonds kimi nüfuzlu bir platforma ilə əməkdaşlıq Unicapital üçün strateji əhəmiyyət daşıyır. Bu tərəfdaşlıq yerli istiqrazlarımızın qlobal maliyyə bazarlarında daha geniş tanınmasına, beynəlxalq investorların Azərbaycana marağının artmasına və ölkənin kapital bazarının inkişafına mühüm töhfə verəcək”, – deyə Unicapital İnvestisiya Şirkətinin Baş direktoru Vüqar Namazov bildirib.
Qeyd edək ki, Cbonds maliyyə bazarları üzrə universal məlumat platformasıdır. Platforma istiqrazlar, səhmlər, ETF və fondlar, indekslər, xəbərlər, analitika və reytinqlər barədə geniş və aktual məlumat təqdim edir. İstifadəçilərə həm veb-sayt, həm də mobil tətbiq üzərindən rahat çıxış imkanı yaradılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
2 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
3 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
3 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
3 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 5 saat əvvəl
-
7 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq






















