Mərkəzi Bank, AzFina və PashaPay “Fintex Üfüqləri Forumu” keçirdi
Forumda fintex şirkətləri bir araya gələrək AniPay və Hökumət Ödəniş Portalının imkanları, eləcə də QR və digər innovativ rəqəmsal həlləri müzakirə ediblər. Ödəniş təşkilatları və elektron pul təşkilatlarının fəaliyyətlərinin tənzimlənməsi üzrə dəyişikliklər və yeniliklər ətrafında məruzələr dinlənilib. Fərdlər, fintexlər və KOB-lar üçün çıxış imkanlarını genişləndirən sistem, AMB dəstəyi ilə təhlükəsizlik və uyğunluğu təmin edir.3 sentyabr 2025-ci il tarixində Azərbaycan Mərkəzi Bankı (AMB), Azərbaycan Fintex Assosiasiyasının (AzFina) və PashaPay-in birgə təşkilatçılığı ilə “Fintex Üfüqləri Forumu” keçirilib.
Forum, ölkənin fintex ekosistemində aparıcı şirkətləri bir araya gətirərək, AniPay (Ani Ödənişlər Sistemi – AÖS) və Hökumət Ödəniş Portalının, o cümlədən QR ödənişlərin imkanları, rəqəmsal transformasiya istiqamətləri və maliyyə xidmətlərinin gələcəyi üzrə müzakirə platforması təqdim edib.
Forumun əsas məqsədi rəqəmsal ödənişlərin tətbiqini sürətləndirmək və maliyyə texnologiyalarında innovasiyanı stimullaşdırmaq olub. 2024-cü ildə nağdsız əməliyyatların 66% artması, AniPay-in ölkənin rəqəmsal iqtisadiyyatındakı önəmini daha da aktuallaşdırıb.
Tədbir çərçivəsində iştirakçılar AÖS infrastrukturu üzərində qurulmuş innovativ ödəniş məhsulları, yeni tənzimləmə tələblərinə uyğun xidmət modelləri və 24/7 fəaliyyət göstərən sistemlərə əsaslanan biznes həlləri üzərində işləyiblər. Məqsəd — mövcud texnologiyanı daha effektiv istifadə etməklə, real bazar ehtiyaclarına cavab verən praktik modellər hazırlamaq olub. Uğurlu həllər təklif edən komandalara sertifikatlar təqdim olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
15 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir














.jpg)



