ADY-də ABŞ-nin biznes nümayəndə heyəti ilə görüş keçirilib
8 sentyabr tarixində AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov Azərbaycana səfər edən ABŞ-nin biznes nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı qonaqlara ADY-nin fəaliyyəti, xüsusilə Orta Dəhliz üzrə yükdaşıma həcmlərinin artırılması istiqamətində görülən işlər barədə məlumat verilib.
Qeyd olunub ki, ADY Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə marşrutların şaxələndirilməsi məqsədilə fəaliyyətini uğurla davam etdirir. Bakı–Tbilisi–Qars dəmiryol xəttinin modernləşdirilməsi nəticəsində yükötürmə gücünün illik 1 milyon tondan 5 milyon tona artırılması, iyulda ADY və “Çin Dəmir Yolları” Dövlət Korporasiyası arasında Bakı–Tbilisi–Qars xəttinin potensialının artırılmasına dair razılığın əldə olunması, Sian Limanında ADY nümayəndəsinin təyin edilməsi və illik yükaşırma gücü 20 000 TEU olan konteyner meydançasının açılması, ötən ay isə Çinin “China Railway Container Transport Corp. Ltd.” (CRCT) şirkətinin “Middle Corridor Multimodal Ltd.” birgə müəssisəsinə qoşulması Orta Dəhlizin inkişafı və Şərq-Qərb-Şərq daşımaları baxımından mühüm nailiyyətlərdir.
Əlavə olaraq vurğulanıb ki, avqustda Vaşinqtonda əldə edilmiş razılığa əsasən reallaşacaq Zəngəzur dəhlizi (“Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (Trump Route for International Peace and Prosperity – TRIPP) Orta Dəhliz üzrə yük axınlarının fasiləsizliyini təmin edəcək, iqtisadi inkişafa və regional inteqrasiyaya təkan verəcək.
ADY sədri bildirib ki, görülən işlər, o cümlədən ABŞ-nin biznes nümayəndə heyətinin ötən gün tanış olduğu Bakı Limanının ADY-yə birləşdirilməsi, bununla da ADY-nin dəmir yolu, liman, terminal və ekspeditorluq xidmətlərini özündə birləşdirən irimiqyaslı nəqliyyat və logistika qrupuna çevrilməsi artıq müsbət nəticə verib. 2025-ci ilin 8 ayında Azərbaycan Orta Dəhlizlə Çindən 265 blok-qatar qəbul edib, halbuki ötən ilin analoji dövründə qəbul edilmiş qatarların sayı 168 olub. Bakı Limanında isə həmin dövrdə 70 min TEU-ya yaxın konteyner aşırılıb. Bu, ötən ilin analoji dövrü (47 157 TEU) ilə müqayisədə 47 faiz çoxdur.
Qeyd edilib ki, ADY-nin prioritetləri emissiyaların azaldılması və təmiz texnologiyaların istifadəsi üçün dekarbonizasiya, daha təhlükəsiz, daha sürətli, daha səmərəli əməliyyatlar üçün smart sistemlərdən istifadəyə hesablanmış rəqəmsallaşma və uzunmüddətli inkişafı və ekoloji məsuliyyəti dəstəkləyən dayanıqlılıqdır.
ABŞ-nin biznes nümayəndə heyəti ADY-nin irimiqyaslı fəaliyyəti barədə ətraflı məlumata görə təşəkkür edib, qurumun xüsusilə beynəlxalq dəhlizlər üzrə yükdaşımalarda mühüm rol oynadığını və qarşılıqlı əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 21 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 22 saat əvvəl
-
22 saat əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
23 saat əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
23 saat əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Ən çox oxunanlar
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub

























