Duz gölünə çirkab su axıdanlar cərimələnəcək
Masazır gölünə qanunsuz tullantı axıdanlara qarşı tədbirlər gücləndirilir.
Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti açıqlayıb.
Qeyd olunub ki, Masazır gölü ətrafında xeyli sayda əhali qeyri-qanuni şəkildə məskunlaşıb: "Həmin ərazidə mərkəzləşdirilmiş tullantı su şəbəkəsi mövcud deyil. Bununla belə, gölə çirkab sularının axıdılmasının qarşısını almaq məqsədilə göl ətrafında iki nasos stansiyası qurulub. Bu stansiyalar vasitəsilə tullantı suları Novxanı kollektoruna, oradan isə Sumqayıt Tullantı Sutəmizləyici Qurğularına yönləndirilir".
Agentlik bildirib ki, hazırda müşahidə olunan çirkab su axıntısı Masazır gölündən aralı və səviyyəcə hündürdə yerləşən digər təbii göldən gəlir. Həmin gölün ətrafında da qanunsuz məskunlaşan əhali çirkab sularını birbaşa gölə axıdır. Nəticədə su səviyyəsi qalxır və axıntılar Masazır gölünə tökülür. Mərkəzləşdirilmiş kanalizasiya sisteminə çıxışı olmayan əhali tullantı sularının idarə olunmasında alternativ və təhlükəsiz üsullardan istifadə etməli, qanunvericiliyin tələblərinə əməl etməlidirlər.
Vurğulanıb ki, "Su təchizatı və tullantı suları haqqında" Qanunu, həmçinin Nazirlər Kabinetinin 2005-ci il 21 aprel tarixli qərarı ilə təsdiqlənmiş qaydalara əsasən, tullantı suların idarə olunması sanitariya, gigiyena və ekoloji normalara uyğun şəkildə həyata keçirilməlidir.
Belə ki, kanalizasiya sisteminə qoşulmayan yaşayış sahələrindəki tullantı sularının yığılması məqsədilə yerüstü hissəsi qapaq və barmaqlıqla təmin olunub, divarları və dibi sukeçirməz olan, dərinliyi 3 metrdən artıq olmayan çirkab su quyusu hazırlanmalıdır. Bu quyular yaşayış binalarından, uşaq bağçalarından və məktəblərdən, uşaq oyunları meydançalarından və əhalinin istirahət yerlərindən mümkün qədər aralıda, 20 metrdən 100 metrə qədər məsafədə olmalıdır.
Quyu dolma həddindən asılı olaraq yarım ildə bir dəfədən az olmamaq şərti ilə təmizlənməlidir. Əhali qrupu tərəfindən qeyd edilən tələblərə riayət edilmədikdə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən fiziki şəxslər 600 manatdan 1000 manatadək məbləğdə cərimə edilir.
Sözügedən ərazilər üzrə yaşayış məntəqələrində formalaşan tullantı sularının əhali qrupu tərəfindən ətraf mühitə, o cümlədən su və su təsərrüfatı obyektlərinə birbaşa axıdılması hallarının qarşısını almaq üçün ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti müntəzəm olaraq reydlər keçirir və qanuna əməl etməyənlər barədə qanunauyğun şəkildə tədbir görürlər.
Kanalizasiya sistemi mövcud olmayan ərazilərdə ADSEA-nın sifarişi ilə təchizat sisteminin qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası şəbəkənin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Yaşayış məntəqələrində tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)







.jpg)






