Azərbaycana düyü idxal edənlər çökə bilər
“Azərbaycan Respublikasında sitrus meyvələrinin, çay və çəltik istehsalının inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli Sərəncamı və bu sənəddə qeyd edilən müddəaların həyata keçirilməsi respublikada həmin sahələrin inkişafında əhəmiyyətli rol oynayacaq.
Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin müdir müavini Seymur Səfərli bildirib ki, çəltik bitkisinin becərilməsi üçün respublikada əlverişli torpaq və iqlim şəraiti mövcuddur. Lakin son zamanlarda bu bitkinin əkin sahəsi azaldığından respublikanın düyüyə artan tələbatına cavab vermir.
Çəltik istehsalında rekord göstərici 1940-cı ildə qeydə alınıb – 48,5 min ton
Çəltikçilik üçün ən əlverişli rayonlar Astara, Lənkəran, Masallı, Ağdaş, Yevlax, Ucar, Şəki, Oğuz, Zərdab və Göyçay hesab edilir. Ölkə əhalisinin çəltiyə il ərzində tələbatı təxminən 30 min tondur. Adambaşına çəltiyə olan tələbatın illik norması 2,7-3 kiloqram təşkil edir. Bu barədə danışan S.Səfərli deyib ki, respublikada çəltik əkinlərinin maksimum sahəsi 1928-ci ilə təsadüf edib. Həmin il 50,1 min hektarda çəltik əkilib. Sonrakı illərdə çəltiyin əkin sahələri tədricən azalmağa başlamışdır. 1950-ci ildə çəltiyin əkin sahəsi 15,5 min hektar olduğu halda, 1980-cı ildə bu rəqəm 0,2 min hektaradək düşüb. Çəltik istehsalında rekord göstərici isə 1940-cı ildə qeydə alınıb - 48.5 min ton. Sonradan əkin sahələrinin azalması ilə çəltik istehsalı da aşağı düşməyə başladı. Məhsuldarlığa görə rekord göstəriciyə gəldikdə, bu, 2000-ci ildə müşahidə olunub. Belə ki, həmin il hər hektarda orta məhsuldarlıq 50,2 sentner təşkil edib.
Ötən il 26,7 ton və ya 32,4 min ABŞ dolları həcmində xam düyü ixrac olunub
“Dövlət Statistika Komitəsinin məlumatına əsasən, respublikada 2016-cı ildə 2500 hektar əkin sahəsindən 5,6 min ton çəltik istehsal edilib. Hər hektarda orta məhsuldarlıq 22,5 sentner olub”, - deyən Bitkiçilik şöbəsinin müdir müavini bildirib ki, həmin il xaricə 26,7 ton və ya 32,4 min ABŞ dolları həcmində xam düyü ixrac olunub. 2017-ci ildə isə çəltiyin əkin sahəsi 5,2 min hektara qədər artıb və 7386 nəfər işlə təmin edilib. Respublikada çəltiyin yerli Masallı “Sədri”si, “İstiqlol”, “Haşimi”, “Avanqard”, “Apollo” və “Meco” sortları rayonlaşdırılıb.
Seymur Səfərli, həmçinin bu sahəyə dövlət dəstəyindən də danışaraq qeyd edib ki, dövlət tərəfindən çəltik istehsalçıları üçün nəzərdə tutulan bir sıra güzəştlər çəltiyin əkin sahələrinin genişlənməsinə səbəb olub. Belə ki, məhsul istehsalçıları çəltik əkinlərinə görə hər hektara 40 manat, istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına əlavə 50 manat yardım alırlar. Eyni zamanda, mineral gübrələrdən və herbisidlərin dəyərinin orta hesabla 70 faizinin dövlət tərəfindən ödənilməsi təmin edilir.
Müasir çəltikçilik təsərrüfatlarında hektardan 60-70 sentner məhsul əldə edilir
“Çəltikçilik sahəsi gəlirli sahə hesab edilir. Çəltik becərilən bölgələrin torpaq-iqlim şəraiti də bu sahənin inkişafı üçün əlverişlidir. Son zamanlar respublikanın bir sıra bölgələrində yeni müasir çəltikçilik təsərrüfatları yaradılıb ki, həmin təsərrüfatlarda çəltik sahələrindən hektardan təxminən 60-70 sentner məhsul əldə edilir”, - deyə nazirliyin rəsmisi vurğulayıb.
Ölkə əhalisinin düyüyə olan tələbatı tam ödəniləcək
Dövlətimizin başçısının “Azərbaycan Respublikasında sitrus meyvələrinin, çay və çəltik istehsalının inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında” Sərəncamında Kənd Təsərrüfatı Nazirliyi qarşısında digər sahələrlə yanaşı, çəltikçiliklə əlaqədar da bir sıra mühüm vəzifələr qoyulub. Nazirliyin Bitkiçilik şöbəsinin müdir müavini bildirib ki, çəltikçiliyin inkişafı ilə əlaqədar proqram layihəsi hazırlamaq, çəltik istehsalı ilə bağlı zəruri kənd təsərrüfatı texnikasının, texnoloji avadanlıqların lizinqlə icarəyə verilməsini və ya satılmasını, mineral gübrələrin və pestisidlərin, toxumların güzəştlə satılmasını, həmçinin yerli və xarici çəltik sortlarının sınağının təşkili və seleksiya nailiyyətlərinin dövlət reyestrinə daxil edilməsini təmin etmək, çəltik sahələrində fitosanitar, informasiya–məsləhət xidmətlərinin və kadr potensialının gücləndirilməsi ilə bağlı tədbirlər həyata keçirmək kimi tapşırıqlar verilib.
Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsinə də toxunan S.Səfərli deyib: “Prezident İlham Əliyev müşavirədə ölkəmizdə qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının inkişafının prioritet olmasını bir daha vurğulayaraq, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, xüsusilə ixracyönümlü sahələrin, o cümlədən çayçılığın, sitrus bitkilərinin və çəltikçiliyin inkişafı ilə əlaqədar zəruri tədbirlərin həyata keçirilməsi barədə aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verdi.
Bu sahəyə göstərilən dövlət dəstəyi, o cümlədən çəltiyin becərmə və emalı sahələrində qabaqcıl texnologiyalardan istifadə, məhsuldarlığın artırılması, əl əməyinin azaldılması məqsədilə sahənin mexanikləşdirilməsi tədbirlərinin həyata keçirilməsi, bu bitkinin toxumçuluğunun inkişaf etdirilməsi yolu ilə gələcəkdə idxaldan asılılığı azaltmaq, əhalinin bu qiymətli ərzaq məhsuluna olan tələbatını təmin etmək və ixrac potensialının artırmaq mümkün olacaq”.
©Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
-
8 saat əvvəl
Macarıstan Rusiyaya qarşı 20-ci sanksiyalar paketini və Ukraynaya 90 milyard avro krediti bloklayıb
-
-
8 saat əvvəl
Azercell “Böhran İdarəetmə Qrupu” çərçivəsində dayanıqlı rabitə modelini gücləndirir
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Ötən il Azərbaycanda iqtisadi sahədə 13 mindən çox cinayət hadisəsi qeydə alınıb
-
10 saat əvvəl
"Gilead Sciences" xərçəng dərmanı inkişaf etdirən "Arcellx"i 7,8 milyard dollara almağı planlaşdırır
-
10 saat əvvəl
Lukoil-dan alınan İraqın iri neft yatağı ABŞ şirkətinə verilir
- 10 saat əvvəl
-
11 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azercell “Böhran İdarəetmə Qrupu” çərçivəsində dayanıqlı rabitə modelini gücləndirir
"AzRe Təkrarsığorta"nın xalis mənfəəti 8 faizə yaxın azalıb
AZAL-ın karqo gəlirləri son 4 ildə 3 dəfədən çox artıb
"Gilead Sciences" xərçəng dərmanı inkişaf etdirən "Arcellx"i 7,8 milyard dollara almağı planlaşdırır
Lukoil-dan alınan İraqın iri neft yatağı ABŞ şirkətinə verilir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
10 000 dolları keçdikdən sonra vergi uçotuna alınmalıdırlar - Prezident dəyişikliyi təsdiqlədi
Qlobal investisiya bankı neftin qiyməti üzrə proqnozunu artırıb
Trampdan "Netflix"ə xəbərdarlıq: “Onu işdən çıxarın"
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq























