Mələk investorların diqqətinə - ABŞ-dan ekspertlər gəlir, təcrübələrini bölüşəcəklər
4–6 noyabr 2025-ci il tarixlərində Bakıda baş tutacaq proqram çərçivəsində ABŞ-dan dəvət olunmuş beynəlxalq ekspertlər və yerli mütəxəssislər iştirakçılarla təcrübələrini bölüşərək praktik biliklər təqdim edəcəklər.Ölkədə mələk investorluğun inkişafına mühüm töhfə verən “Mələk İnvestorlar Məktəbi” bu il ilk dəfə olaraq onlayn deyil, genişləndirilmiş oflayn formatda təşkil olunacaq.
2024-cü ildə 200-dən çox potensial investora təlim keçmiş və onların “SABAH Angels” klubuna üzvlüyünü təmin etmiş layihə, həmçinin sindikatlar vasitəsilə startaplara yüz minlərlə dollar investisiya yönləndirilməsinə şərait yaratmışdı. Bu dəfə isə məktəb daha miqyaslı və interaktiv formada keçiriləcək.
4–6 noyabr 2025-ci il tarixlərində Bakıda baş tutacaq proqram çərçivəsində ABŞ-dan dəvət olunmuş beynəlxalq ekspertlər və yerli mütəxəssislər iştirakçılarla təcrübələrini bölüşərək praktik biliklər təqdim edəcəklər. Proqram çərçivəsində sessiyalar ingilis dilində keçiriləcək.
“Mələk İnvestorlar Məktəbi”nin əsas məqsədi ölkədə mələk investorların nəzəri və praktiki bacarıqlarını inkişaf etdirməkdir. Təlim iştirakçıları startaplardan ibarət portfel formalaşdırmaq, düzgün seçimlər etmək və uğurlu nəticələr əldə etmək barədə dəyərli biliklər əldə edəcəklər.
Layihə Technovate şirkətinin təşkilatçılığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və SABAH Angels klubunun dəstəyi ilə həyata keçirilir. Bu il məktəbin baş sponsoru Visa, sponsoru isə Azercell şirkətidir.
Əlavə olaraq, təlimi tamamladıqdan sonrakı 6 ay ərzində startaplara investisiya edən iştirakçılar arasında püşkatma keçiriləcək. Qaliblərdən 5 nəfər 2026-cı ildə Silikon Vadisinə pulsuz səfər etmək imkanı qazanacaq.
Qeydiyyat 30 oktyabradək davam edəcək. Erkən qeydiyyat kampaniyası çərçivəsində 15 oktyabra qədər qeydiyyatdan keçən iştirakçılar “MARJA50” promokodu ilə 50 AZN məbləğində xüsusi endirim əldə edə biləcəklər.
Ətraflı məlumat üçün: www.angelinvestor.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
12 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir












.jpg)





.jpg)



