Azərbaycan və Avropa İttifaqı yüksək səviyyəli iqtisadi işçi qrupu yaradacaqlar
Azərbaycan və Avropa İttifaqı (Aİ) yüksək səviyyəli iqtisadi işçi qrupu yaradacaqlar.
Bu barədə Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşünün nəticələrinə dair "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla aktiv müzakirə apardıq. Regionda (Cənubi Qafqazda - red.) sülh bazarlar, ticarət və investisiyalar üçün imkanlar açır. Bunlardan yararlanmaq üçün Yüksək Səviyyəli İqtisadi İşçi Qrupu yaratmağı razılaşdırdıq. Biz tərəfdaşlığımızı gücləndirməyə davam edəcəyik", - M.Kos yazıb.
Azərbaycanın İqtisadiyyat Nazirliyinin yaydığı məlumata görə, İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa İttifaqının (Aİ) Genişlənmə və Şərq Qonşuluğu üzrə Komissarı xanım Marta Kosla görüşüb.
Görüşdə Avropa İttifaqının Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarından biri olduğu və qarşılıqlı iqtisadi münasibətlərin inkişafı məmnunluqla vurğulanıb. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji və investisiyalar sahəsində uğurlu əlaqələr qeyd olunub. Bildirilib ki, nəqliyyat sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük perspektivlər var.
Görüşdə Azərbaycan və Avropa Komissiyası arasında minatəmizləmə, su ehtiyatlarının idarəolunması və nəqliyyat sahələrinin davamlı inkişafına dəstək layihəsi üzrə maliyyələşdirmə sazişinin layihəsi ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər Aİ-nin yeni qlobal əlaqələndirmə strategiyası olan “Global Gateway” təşəbbüsü çərçivəsində enerji, rəqəmsal iqtisadiyyat, nəqliyyat, özəl sektor və digər sahələrdə investisiya təşəbbüslərini müzakirə ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
11 d. əvvəl
SOCAR-da dövlət büdcəsinə ödəniləcək dividend müzakirə olunub və ödəniş məqbul hesab edilib
-
25 d. əvvəl
İlham Əliyev Sankt-Peterburqda keçiriləcək görüşdə iştirak etməyəcək - SƏBƏBLƏRİ AÇIQLANDI
- 33 d. əvvəl
- 37 d. əvvəl
-
20 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib
Paşinyan Rusiyaya səfər edəcək
Dekabrın 22-də gözlənilən hava şəraiti
Kakao qiymətləri düşür, şokoladlar isə hələ də bahadır
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub










.jpg)




.jpg)

