“PAŞA Bank” Gəncədə “Bilik Səfəri” layihəsinin açılışını elan etdi
Sosial məsuliyyətli vətəndaş olan “PAŞA Bank” ölkənin regional inkişafına töhfə vermək məqsədilə həyata keçirdiyi “Bilik Səfəri” layihəsinin açılış mərasimini Azərbaycanın ikinci ən böyük şəhəri Gəncədə keçirib.
Bankın korporativ sosial məsuliyyət proqramı çərçivəsində reallaşdırılan bu təşəbbüs müasir əmək bazarının tələblərinə cavab verən yeni mütəxəssislərin yetişdirilməsinə yönəlib. ADA Universiteti və Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi layihənin tərəfdaşları olaraq çıxış edirlər. Layihəyə qoşulmaq üçün qeydiyyatdan keçənlər arasından 65 iştirakçı uğurlu namizəd olaraq seçilib. Təqdim edilən imkanlardan yararlanmaq fürsəti qazanan iştirakçılardan 35 nəfəri əlaqə mərkəzi, 30 nəfəri isə informasiya texnologiyaları üzrə təlimlərə qatılacaq. İştirakçılar arasında tələbələr, yeni məzunlar və 10 ilə qədər iş təcrübəsinə malik peşəkarlar yer alır.
Üç ay davam edəcək proqramda peşəkar təlimçilər tərəfindən hazırlanmış xüsusi tədris proqramları və intensiv sessiyalar keçiriləcək. Məqsəd iştirakçıların əmək bazarında yüksək tələbat görən praktiki bilik və bacarıqlarını inkişaf etdirməkdir.
“PAŞA Bank” fəaliyyətə başladığı gündən insan kapitalının inkişafını, biliklərin paylaşılmasını və regional potensialın gücləndirilməsini əsas prioritetlərdən biri kimi müəyyənləşdirib. Bank, uzunmüddətli strategiyasına uyğun olaraq, gələcəkdə də gənclərin təhsil və karyera imkanlarını genişləndirən layihələrə imza atmağa davam edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
12 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir















.jpg)



.jpg)
