Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
(®) Korporativ sosial məsuliyyətinə hər zaman ciddi yanaşan Expressbank əhalinin maliyyə savadlılığının artırılması istiqamətində növbəti tədbir həyata keçirib.
Belə ki, Bankın Təlim-tədris Mərkəzində mikro sahibkarlara özəl “Maliyyə savadlığı” təlimi keçirilib. Bankın Mikro kreditlər şöbəsinin rəhbəri, təlimçi Yaşar Cabarovun təqdimatında baş tutan təlim çərçivəsində kiçik biznes sahiblərinə şəxsi və biznes büdcəsinin idarə olunması, maliyyə planlaşdırılması, gəlir və xərclərin effektiv bölgüsü, bank məhsullarından düzgün istifadə, həmçinin risklərin idarə olunması mövzularında faydalı məlumatlar təqdim edilib.
İnteraktiv şəkildə keçirilən təlimdə iştirakçılar suallarını ünvanlayaraq real biznes nümunələri əsasında müzakirələr aparıblar. Onlara maliyyə qərarlarının daha sağlam əsaslarla verilməsi üçün praktiki tövsiyələr verilib.
Expressbank gələcəkdə də sahibkarlarla yanaşı, əhalinin müxtəlif qruplarının maliyyə biliklərinin artırılmasına, onların biznes fəaliyyətində dayanıqlı inkişafının dəstəklənməsinə yönəlmiş maarifləndirmə tədbirlərini davam etdirməyi planlaşdırır.
Qeyd edək ki, “Expressbank” ASC Bakı və regionlarda 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə http://www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.
Lisenziya №119, 30.12.1992, AR MB. Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.
“Expressbank” - İşiniz rahat getsin!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
10 d. əvvəl
SOCAR-da dövlət büdcəsinə ödəniləcək dividend müzakirə olunub və ödəniş məqbul hesab edilib
-
24 d. əvvəl
İlham Əliyev Sankt-Peterburqda keçiriləcək görüşdə iştirak etməyəcək - SƏBƏBLƏRİ AÇIQLANDI
- 32 d. əvvəl
- 36 d. əvvəl
-
20 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib
Paşinyan Rusiyaya səfər edəcək
Dekabrın 22-də gözlənilən hava şəraiti
Kakao qiymətləri düşür, şokoladlar isə hələ də bahadır
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub










.jpg)





.jpg)




