Bank mütəxəssis-hüquqşünas vəzifəsinə işə qəbul elan edir
Bank “BTB” ASC, Aktivlərlə iş departamenti, Hüquqi dəstək şöbəsinin mütəxəssis-hüquqşünası vəzifəsinə işə qəbul elan edir.
2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.
Bank “BTB” ASC öz karyerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Aktivlərlə iş departamenti, Hüquqi dəstək şöbəsinin mütəxəssis-hüquqşünası
İş barədə məlumat:
Məhkəmələr, hüquq mühafizə orqanları, dövlət və ya özəl idarə, təşkilat, müəssisələri, hüquqi və ya fiziki şəxslər qarşısında hüquqi məsələlərə dair bankın maraqlarını təmsil etmək;
Məhkəməyə iddia ərizələrinin, apellyasiya şikayətlərinin, digər müraciət, ərizə, şikayətlərin hazırlanması, verilməsi, habelə qanunla bankın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsi;
Məhkəmələr, hüquq mühafizə orqanları, dövlət və ya özəl idarə, təşkilat, müəssisələri, hüquqi və ya fiziki şəxslərlə səlahiyyət daxilində məktub, ərizə, şikayət, müraciət və ya digər kommunikasiya vasitələri ilə əlaqə qurulması, sənəd mübadiləsinin aparılması;
Bankın fəaliyyətində qanunçuluğun təmin edilməsi və onun qanuni maraqlarının müdafiə edilməsi üzrə Departamentin işində iştirak;
Bankın fəaliyyətində yaranan və ya yarana biləcək hüquqi məsələlər ilə bağlı rəy və hüquqi yardım;
Daxil olan şikayət, ərizə və müraciətlərə baxılmasında digər strukturlarla birlikdə iştirak
Birbaşa rəhbəri və departament direktoru tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Namizədə tələblər:
Ali hüquqi təhsil;
Hüquqi təcrübə;
Analitik qabiliyyət;
Səmərəli ünsiyyət qurma bacarığı;
Komandada işləmə qabiliyyəti;
Tədqiqat apara bilmə bacarığı;
Kompüterdə iş bacarığı;
Yaradıcılıq və təşəbbüskarlıq qabiliyyəti;
Məsuliyyət;
Qanunvericilik və beynəlxalq praktikada qəbul edilən digər bilik, təcrübə və keyfiyətlərə malik olmaq.
Sizə nə təklif edirik?
Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
Əlverişli iş mühitində çalışmaq imkanı.
Uğurlu karyera üçün Sizə lazım olacaq professional bacarıqlarınızı inkişaf etdirmək imkanı;
Karyera və inkişaf perspektivləri;
Öyrənmə və öyrəndiklərinizi tətbiq etmək imkanları;
Bank BTB-nin peşəkar komandasının bir üzvü olmaq imkanı;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Aktivlərlə iş departamenti, Hüquqi dəstək şöbəsinin mütəxəssis-hüquqşünası) göstərməyiniz xahiş olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
8 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
















.jpg)



