Neftin ucuzlaşması davam edir- 50 dollara qədər düşə biləcəyi ehtimal olunur
Neft qiymətləri ABŞ və Çin arasında ticarət gərginliyinin azalmasına dair siqnallar fonunda enməkdə davam edir.
Marja xəbər verir ki, Brent markalı neftin bir bareli 61 dollar civarında, ABŞ istehsalı olan WTI nefti isə 57 dollar səviyyəsinə qədər geriləyib.
ABŞ və Çin arasında növbəti ticarət danışıqlarının bu həftə keçirilməsi planlaşdırılır. ABŞ Prezidenti Donald Tramp Asiyalı tərəfdaşa qarşı tətbiq edilən yüksək gömrük rüsumlarının davamlı olmadığını bildirərək, görüşlərin razılaşma ilə nəticələnə biləcəyinə dair nikbin açıqlamalar verib.
Bu arada, Çin iqtisadiyyatı ardıcıl ikinci rübdə də zəifləyib. Güclü ixraca baxmayaraq, həm istehlakçıların, həm də şirkətlərin xərclərini azaltması ölkə iqtisadiyyatının artması sürətinə mənfi təsir göstərib.
Həftəsonu İsrail və Həmas arasında gərginliyin yenidən alovlanması qiymətlərə qismən dəstək versə də, İsrail tərəfi ABŞ vasitəçiliyi ilə əldə olunmuş atəşkəsin qüvvədə qaldığını bildirib.
Neft fyuçersləri ardıcıl üçüncü aylıq azalma ilə üz-üzədir və 2026-cı ilə qədər davam edəcəyi proqnozlaşdırılan təklif artıqlığı qiymətlər üzərində təzyiq yaradır. Beynəlxalq Enerji Agentliyinin (IEA) ötən həftə dərc etdiyi hesabatda bu artıqlığın əvvəlki proqnozlardan daha böyük olacağı bildirilir. Bununla belə, Ukraynanın Rusiya enerji infrastrukturuna hücumları bəzən qiymətlərdə qısamüddətli artımlara səbəb ola bilər.
Donald Tramp ötən həftə Rusiya Prezidenti Vladimir Putinlə ikinci dəfə görüşərək Ukraynadakı müharibəyə son qoymaq səylərini davam etdirdiyini açıqlayıb. Lakin əvvəlki danışıqlar münaqişənin dayandırılmasında məhdud nəticə verib. Bununla belə, gərginliyin azalması halında “Citigroup Inc.” analitikləri neftin qiymətinin bir barel üçün 50 dollara qədər düşə biləcəyini ehtimal edirlər.
Bakı vaxtı ilə saat 08:55-ə olan məlumata görə, Dekabr ayı üzrə Brent markalı neft fyuçersləri 0,3% azalaraq bir barel üçün 61,08 dollara, WTI markalı ABŞ nefti isə 0,4% geriləyərək 57,33 dollara düşüb. Hər iki müqavilə ötən həftə 2%-dən çox ucuzlaşıb və son beş ayın minimumuna yaxınlaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
11 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir










.jpg)







.jpg)

