Avrozonada inflyasiya hədəfə yaxınlaşıb
Oktyabr ayında Avrozonada illik inflyasiya 2,1 faiz səviyyəsinə enib.Oktyabr ayında Avrozonada illik inflyasiya 2,1 faiz səviyyəsinə enib. Beləliklə, bölgədə inflyasiya Avropa Mərkəzi Bankının (AMB) 2 faizlik hədəfinə yaxınlaşıb.
Avrozonada illik inflyasiyanın oktyabrda geriləməsi və 2 faiz hədəfinə yaxınlaşması, Avropa Mərkəzi Bankının faiz dərəcələrini mövcud səviyyədə saxlamaq qərarını dəstəkləyib.
İstehlak qiymətləri oktyabr ayında ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz artıb. Bloomberg sorğusunda iştirak edən iqtisadçıların gözləntisi də inflyasiyanın bu səviyyədə olması yönündə idi.
Sentyabr ayında istehlak qiymətləri 2,2 faiz artmışdı.
Eyni dövrdə baza inflyasiya göstəricisi — xüsusilə xidmətlər komponentinin 3,4 faizə yüksəlməsi ilə — gözlənilmədən 2,4 faiz səviyyəsində qalıb.
Commerzbank-ın baş iqtisadçısı Yoerg Krämer bildirib: “İlk baxışdan Avrozonada inflyasiya problemi həll olunmuş kimi görünür. Lakin əsas inflyasiyanın səviyyəsi AMB-nin faiz dərəcələrini daha da endirməsinə mane olur.”
AMB inflyasiyanın gələn il 2 faizə düşəcəyini, 2027-ci ildə isə hədəfə yaxın səviyyəyə yenidən yüksələcəyini proqnozlaşdırır. Dekabrda açıqlanacaq yeni üç aylıq proqnozlara ilk dəfə olaraq 2028-ci il də daxil ediləcək. Bu isə əlavə monetar yumşaldılmanın zəruri olub-olmaması ilə bağlı müzakirələri yenidən alovlandıracağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
5 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir











.jpg)





.jpg)


