PashaPay-in direktoru Özbəkistan Fintex Forumunda eksklüziv podkasta qonaq olub - VİDEO
Altıqat dəyər artımı: çeviklik və öyrənmə mədəniyyəti”Özbəkistanda keçirilən Fintex və Bankçılıq Forumu 2025 (FIBA2025) çərçivəsində PashaPay şirkətinin baş icraçı direktoru (CEO) Samir Məmmədov şirkətin inkişaf mərhələləri, strateji istiqamətləri və regionun fintex ekosisteminin gələcəyi barədə ekslüziv podkast müsahibəsində fikirlərini bölüşüb.
Müsahibə zamanı Samir Məmmədov PashaPay-in üç il ərzində Milliön və m10 məhsullarına investisiya olunmuş vəsaitin dəyərinin altı dəfə artmasına (x6 valuation) gətirib çıxaran əsas amillərdən danışaraq qeyd edib ki, bu nəticələr çeviklik, inadkarlıq və öyrənmək mədəniyyəti üzərində qurulub. Onun sözlərinə görə, bu yanaşma şirkətin bütün komanda strukturlarında innovasiya və adaptivlik ruhunu gücləndirib.
“Bizim nəticələrimiz çeviklik və öyrənmə dəyərləri üzərində qurulmuş bir mədəniyyətin məhsuludur,” – deyə Samir Məmmədov vurğulayıb. “Belə yanaşma şirkətin bütün səviyyələrində innovativ düşüncə və dayanıqlığı formalaşdırır, rəqəmsal transformasiyamızda davamlı irəliləyişi təmin edir.”
CEO həmçinin PASHA Holdinqin “Bir” ekosistemi daxilində həyata keçirilən inteqrasiyaların müştəri təcrübəsini tam və fasiləsiz şəkildə formalaşdırdığını bildirib:
“Biz hələ super-app istiqamətinə getmirik, amma diqqətimizi super-inteqrasiyaya yönəltmişik – məqsədimiz ekosistem daxilində insanların həyatını daha rahat, asan və sərfəli etməkdir.”
Samir Məmmədov şirkətin korporativ mədəniyyətinə də toxunaraq, “PASHA Holding DNA” modelinin komanda ruhunu və çevik qərarvermə qabiliyyətini gücləndirdiyini vurğulayıb.
Regional perspektivlərlə bağlı çıxışında o, Azərbaycan, Türkiyə və Mərkəzi Asiya ölkələri arasında fintex əməkdaşlığının artan əhəmiyyətini qeyd edib:
“Bu əməkdaşlıq region üçün yeni iqtisadi inteqrasiya mərhələsinin əsasını qoyacaq. Biz bu prosesi dəstəkləyən infrastruktur və mexanizmlərin qurulmasına töhfə vermək niyyətindəyik.”
Müsahibə Özbəkistan Fintex Assosiasiyasının rəsmi platformalarında yayımlanıb və PashaPay-in regional rəqəmsal ödənişlərdə aparıcı rolunu ön plana çəkib.
FIBA2025 çərçivəsində Samir Məmmədov həmçinin açılış nitqi ilə çıxış edərək PashaPay-in üç illik inkişaf mərhələləri, Bir ekosistemi daxilində aparılan inteqrasiyalar və şirkətin gələcək inkişaf planları barədə danışıb.
Bundan əlavə, o, “Sərhədsiz ödənişlər: rəqəmsal ödənişlər və regional əməkdaşlıq imkanlarının genişləndirilməsi” adlı panel müzakirəsində türkdilli ölkələrin fintex nümayəndələri ilə birlikdə regional fintex inteqrasiyası və sərhədlərarası əməkdaşlığın yeni istiqamətlərini dəyərləndirib.
Forumun yekununda PashaPay, rəqəmsal ödənişlər sahəsində göstərdiyi innovativ fəaliyyətə görə tədbirin təşkilatçıları tərəfindən “Rəqəmsal ödənişlərdə mükəmməllik” (“Excellence in Digital Payments”) mükafatı ilə təltif olunub.
PashaPay haqqında
PashaPay Bir ekosistemin bir hissəsi olaraq, m10 rəqəmsal pul kisəsi və Milliön ödəniş terminalları vasitəsilə istifadəçilərə innovativ, sürətli və təhlükəsiz maliyyə həlləri təqdim edən qabaqcıl fintex platformasıdır. Şirkət eyni zamanda, ölkədə nağdsız ödənişlərin inkişafını və maliyyə texnologiyaları sahəsində innovasiyaların genişlənməsini prioritet istiqamət kimi müəyyənləşdirib.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
1 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
- 40 d. əvvəl
-
44 d. əvvəl
"FİNCA Azərbaycan"ın dollar istiqrazlarına 53 investor 53 sifariş təqdim edib - HƏRRACIN NƏTİCƏSİ
-
2 saat əvvəl
DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı - VİDEO
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"bp-Azərbaycan"dan 2025-ci ilin yekunları üzrə BİZNES ƏMƏLİYYATLARI HESABATI
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"KƏPƏZ BOKT" illik 15%-lə 1 milyon manat borc aldı
DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı - VİDEO
Yaxın günlərdə fermerlərə subsidiya ödənişlərinə başlanacaq
bp-də işləyən Azərbaycan vətəndaşlarının sayı azalıb
Ən çox oxunanlar
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
KPMG Bakıda 2-ci ofisini açdı
“Gemini” istifadəçilərə artıq Azərbaycan dilində də təqdim olunur
Daha bir bank nağd kredit üzrə faiz dərəcəsini endirdi






















