Xırdalanın yeni mərkəzi - ilkin ödəniş 15%-ə endirilib, mənzillər tək şəxsiyyət vəsiqəsi ilə satılır
2025-ci ildə mənzil bazarında müşahidə olunan dəyişikliklər alıcıların prioritetlərini də yenidən formalaşdırıb. Əgər bir neçə il öncə əsas meyar qiymət və yer idi, bu gün yaşayış rahatlığı, kompleks infrastrukturu və enerji səmərəliliyi kimi amillər ön plana çıxır.
Əmlak bazarı üzrə ekspertlərə görə, alıcıların ən çox diqqət yetirdiyi məqam artıq mənzilin təkcə dörd divar olması deyil, kompleksin ümumi yaşam şəraitidir. Ailələr üçün bağça, məktəb, park və mağazanın eyni ərazidə yerləşməsi qərarverməni asanlaşdırır.
Bundan əlavə, yeni trendlər arasında yaşıllıq zonalarının çoxluğu və açıq məkanların bolluğu xüsusi əhəmiyyət kəsb edir. İnsanlar artıq şəhərin sıxlığından uzaq, nəfəs alan, sakit və rahat məkanlarda yaşamağa üstünlük verirlər.
Tikinti şirkətləri də bu tələblərə uyğun şəkildə layihələrini modernləşdirir. Geniş eyvanlar, uşaq oyun meydançaları, enerji qənaətli materiallardan istifadə və ekoloji təmizlik 2025-ci ilin əsas tikinti istiqamətlərinə çevrilib.
Əmlak bazarında bu yanaşmanı uğurla tətbiq edən layihələrdən biri Blue City yaşayış kompleksidir. Xırdalanda yerləşən bu kompleksdə açıq həyətlər, yaşıllıq zonaları, məktəb və ticarət sahələri bir araya gətirilib. Müasir memarlıq və rahat ödəniş imkanı ilə Xırdalanın yeni mərkəzi olan Blue City şəhərciyi 2025-ci ilin alıcı trendlərinə tam uyğun bir nümunə kimi dəyərləndirilir.
Hal-hazırda bu kompleksdə ilkin ödənişlər 15%-ə endirilmişdir, tək şəxsiyyət vəsiqəsi ilə daxili hissəli ödəmə şərtləri ilə mənzilləri əldə etmək mümkündür.
Mənzillə maraqlananlar *6444 qısa telefon nömrəsinə zəng edib əlavə məlumat ala bilərlər.
Ekspertlərin fikrincə, bu kimi layihələr yaxın illərdə insanların ev anlayışına yeni baxış gətirəcək — ev artıq təkcə yaşayış yeri deyil, rahat və balanslı həyat tərzinin bir hissəsi sayılacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 5 saat əvvəl
-
6 saat əvvəl
"Azərbaycan Dəmir Yolları"da 6 milyard 263 milyon manatlıq defisit - ÖTƏN İL ZƏRƏRİ 18 DƏFƏ ARTIB
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
-
9 saat əvvəl
Dövlət şirkəti istiqraz buraxılışı yolu ilə 30 milyon dollar borc alır
- 9 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dövlət Vergi Xidmətinin rəisinə 2 yeni müşavir təyin edilib
Elektron siqaretlərin idxalı və satışı ilə məşğul olan şirkətlər ciddi narahatdırlar – “DAHA UZUN ZAMANA EHTİYACIMIZ VAR”
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Vergi nəzarətində yeni mərhələyə keçid planlaşdırılır - elektron audit tədbirinin ləğvi nəzərdə tutulur
Ən çox oxunanlar
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
1 ton Azərbaycan narının ixracından gəlir 100 dollar artıb
Bakı metrosunun reklam gəlirləri açıqlanıb
"KƏPƏZ BOKT"ın istiqrazlarına 55 investor 55 sifariş təqdim edib, emissiya tam məbləğdə yerləşdirilib
11 ayda Azərbaycana 108 milyon dollara yaxın gəlir gətirən məhsul













.jpg)







