Ziraat Bank Azərbaycan məktəblilər üçün maliyyə savadlılığı təlimi təşkil etdi
(®) Hər zaman korporativ sosial məsuliyyət layihələrinə xüsusi önəm verən Ziraat Bank Azərbaycan, bir daha gənclər arasında maliyyə savadlılığının artırılmasına yönəlmiş növbəti maarifləndirici layihəsini həyata keçirib. Bankın korporativ sosial məsuliyyət strategiyası çərçivəsində Hədəf Liseyinin 9, 10 və 11-ci sinif şagirdləri Banka dəvət olunub və burada fəaliyyət göstərən departamentlərin iş prinsipləri ilə əyani şəkildə tanış olublar.
Departamentlərlə tanışlıqdan sonra şagirdlərə depozit və kredit anlayışları, onların hesablanma mexanizmləri, nağdsız ödənişlərin növləri və təhlükəsizlik prinsipləri, eləcə də POS terminallarının işləmə qaydası barədə ətraflı məlumat verilib. Şagirlərə həmçinin mobil bankçılığın iş prinsipləri nümayiş etdirilib və izah olunub. Layihə çərçivəsində 20-dən çox şagird bank əməliyyatlarını praktiki şəkildə yerindəcə izləyərək maliyyə qərarlarının verilməsində əsas prinsipləri öyrənib.
Ziraat Bank Azərbaycan ASC, 161 illik tarixə malik Türkiyə Respublikasının "Ziraat Maliyyə Qrupu"-nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı, Quba şöbəsi və eləcə də rəqəmsal platformalar vasitəsilə təqdim edir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, Linkedin,YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
33 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq



























