Birbank və Visa-dan yeni kampaniya: “Disneyland® Paris”ə səyahət şansı
(®) Ölkənin ilk rəqəmsal bankı Birbank, Visa şirkətinin dəstəyi ilə müştərilərinə unikal təcrübə yaşadacaq yeni kampaniyaya start verir.
“Disneyland® Paris-də Sehirli Dünyaya Visa dəstəyi ilə səyahət” adlı kampaniya çərçivəsində Birbank Visa taksit və debet kart sahibləri unudulmaz səyahət və pul mükafatları qazanmaq şansı əldə edirlər.
Bunun üçün sadəcə xarici onlayn platformalarda və xarici ölkələrdə POS-terminallarda Birbank Visa kartları ilə ödəniş etmək yetərlidir. Kampaniya 30 noyabr 2025-ci il tarixinədək davam edəcək və dəyərləndirmə hər 2 kateqoriya üzrə aparılacaq. Bu müddətədək ən çox dövriyyə edən ümumilikdə 1000 nəfər Birbank müştərisi qalib olacaq. Onlardan hər kateqoriyadan bir nəfər olmaqla ilk iki nəfər nağıllar aləminə, yəni “Disneyland® Paris”ə unudulmaz səyahət paketi əldə edəcək. Digər qalibləri isə dəyərli pul mükafatları gözləyir:
3-cü yer – 1000 AZN
4-5-ci yerlər – 500 AZN
6-10-cu yerlər – 300 AZN
11-20-ci yerlər – 200 AZN
21-50-ci yerlər – 100 AZN
51-200-cü yerlər – 50 AZN
Əlavə olaraq, yalnız onlayn ödənişlər istiqamətində 201-dən 800-dək yerləri tutan iştirakçıların hər birinə 20 AZN təqdim ediləcək.
Birbank-ın Marketinq Ekspert Mərkəzinin lideri Kamran Babaşov bildirib: “Biz müştərilərimizə rahat bankçılıq xidmətlərimizlə bərabər, həm də unudulmaz təcrübələr yaşatmağı hədəfləyirik. Rəqəmsal dövrdə sərhədlər aradan qalxır və biz bu təcrübəni ölkə xaricinə də daşıyaraq müştərilərimizin səyahətlərini maraqlı imkanlarla zənginləşdiririk. İstəyirik ki, müştərilərimiz Birbank kartının sadəcə bir ödəniş vasitəsi deyil, həm də onları “Disneyland® Paris” kimi arzulanan məkanlara apara biləcək bir açar olduğunu bilsinlər”.
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 115 filial və 50 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
35 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
4 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq


























