Ziraat Bank Azərbaycan IX Beynəlxalq Bankçılıq Forumunun tərəfdaşı və iştirakçısı olub!
(®) Ziraat Bank Azərbaycan 19-20 Noyabr tarixlərində “Etibarlı, Təhlükəsiz və Dayanıqlı Bankçılıq” mövzusunda keçirilən IX Beynəlxalq Bankçılıq Forumunun tərəfdaşı və iştirakçısı olub.
Forumun açılış panelində Türkiyə Banklar Birliyinin İdarə Heyətinin sədri və Ziraat Bank Azərbaycanın səhmdarı olan T.C. Ziraat Bankasının İdarə Heyətinin sədri Alpaslan Çakar çıxış edərək dünya iqtisadiyyatının mövcud vəziyyəti, süni intellektin bankçılıq sektoruna təsiri, rəqəmsal bankçılıq sistemində sürətlə gedən transformasiya və qlobal risklərin idarə olunması barədə danışaraq, dayanıqlılıq və innovasiyanın bank sektorunun gələcək strategiyalarında əsas istiqamətlərdən biri olduğunu vurğulayıb.
Tədbir Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Respublikasının Mərkəzi Bankının təşkilatçılığı, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi, “Mastercard” beynəlxalq ödəniş sisteminin qlobal tərəfdaşlığı ilə keçirilib
Forum çərçivəsində səsləndirilən fikirlər bank sektorunda innovasiya, rəqəmsal həllər, data əsaslı idarəetmə və süni intellekt texnologiyalarının gələcək strategiyalar üçün nə qədər kritik olduğunu bir daha təsdiqlədi.
Qeyd edək ki, Ziraat Bank Azərbaycan ölkəmizdə təşkil olunan bu nüfuzlu maliyyə və bankçılıq tədbirində fəal iştirakı və tərəfdaşlıq dəstəyinə görə Azərbaycan Banklar Assosiasiyası tərəfindən təşəkkürnamə ilə təltif edilmişdir.
Ziraat Bank Azərbaycan ASC, 162 illik tarixə malik Türkiyə Respublikasının "Ziraat Maliyyə Qrupu"-nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı, Quba şöbəsi və eləcə də rəqəmsal platformalar vasitəsilə təqdim edir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, Linkedin,YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
33 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq


























