5 BOKT-un illik vergiyəqədərki mənfəəti 6 milyon manatdan az deyil
Azərbaycanda fəaliyyət göstərən 54 bank olmayan kredit təşkilatından (BOKT) 5-nin ötən il vergiyəqədərki mənfəəti 6 milyon manatdan az olmayıb.
Bunlar, “Azpul” (78,2 milyon manat), “SF Azerbaijan” (47,2 milyon manat), “Embafinans” (9 milyon manat), “M Bulak” (7 milyon manat) və “İnternational”dır (6 milyon manat).
12 BOKT-un vergiyəqədərki mənfəəti 1-6 milyon manat arasında, 25 BOKT-un vergiyəqədərki mənfəəti isə 0-1 milyon manat arasında olub, 9 BOKT isə 0-1,2 milyon manat arasında vergiyəqədərki zərərlə üzləşib.
2 BOKT – “E-Kredit” və “Forfinance” ötən il fəaliyyətsiz olub (maliyyə göstəriciləri formalaşmayıb), 1 BOKT - dövlətə məxsus “Aqrarkredit” isə ötən ilin maliyyə hesabatını açıqlamayıb.
Hesabat vermiş 51 BOKT-dan 25-nin son 1 ildə vergiyəqədərki mənfəəti artıb. Ən yüksək dinamika FNC-də (12,8 dəfə), ən aşağı dinamika isə “Kredit Servis”də (2,5%) qeydə alınıb.
8 BOKT-un isə vergiyəqədərki mənfəəti azalıb. Ən çox azalma “Finex Kredit”də (75,8%), ən az azalma isə “City Finance”da (1,8%) qeydə alınıb.
5 BOKT-da vergiyəqədərki zərər artıb. Ən yüksək dinamika “İrşad”da (34 dəfə), ən aşağı dinamika isə “Para”da (15,4%) qeydə alınıb. 1 BOKT-un “Azinvestkredit”in vergiyəqədərki zərəri dəyişməyib, 1 BOKT-un – “Azəri Star Mikromaliyyə”nin isə vergiyəqədərki zərəri 42,9% azalıb.
9 BOKT-da vergiyəqədərki zərərdən vergiyəqədərki mənfəətə keçid, 2 BOKT-da isə əks vəziyyət baş verib. Odur ki, həmin BOKT-ların vergiyəqədərki mənfəətinin (zərərinin) dinamikasını hesablamaq mümkün olmayıb.
© Yurd.Media
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 2 d. əvvəl
- 4 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycandan Qanaya biznes missiyanın təşkili planlaşdırılır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Azərbaycana düyü idxalı 18,3% azalıb
Azərbaycan neftinin son qiyməti
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
Ən çox oxunanlar
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN






.jpg)
.jpg)







.jpg)







