"LEGIS Hüquq Forum"u çərçivəsində “LEGIS”lation qanunvericiliyə dəyişiklik layihəsinə start verildi
Qeydiyyatdan keçməyə tələsin!(®) PAŞA Holding-in təşkilatçılığı ilə keçirilən II "LEGIS Hüquq Forum"-u nəzdində hüquq cəmiyyətinin səsini bir araya gətirmək və qanunvericiliyin təkmilləşdirilməsinə real töhfə vermək üçün “LEGIS”lation qanunvericiliyə dəyişiklik layihəsinə start verildi!
Bu təşəbbüs hüquq ictimaiyyətinin qanunvericilik prosesində iştirakını və əlçatanlığını təmin edən interaktiv platformadır.
Sözügedən təşəbbüsün məqsədi qanunvericilikdə dəyişiklik zərurəti olan sahələri müəyyənləşdirmək, hüquqşünasların, tədqiqatçıların və gənc mütəxəssislərin qanunvericiliyə dəyişikliklə bağlı təkliflərini toplamaq, sistemləşdirmək və müvafiq dövlət qurumlarına təqdim ediləcək təkliflər siyahısını formalaşdırmaqdır.
Layihədə iştirak etmək istəyən şəxslər aşağıda "qeydiyyat" yazılmış linkə daxil olaraq müvafiq formu doldurmalıdırlar.
Bizim başlıca şərtlərimiz bunlardır:
1. Etik normalara riayət olunması;
2. Təklif edilən dəyişikliyin digər normativ hüquqi aktlar ilə ziddiyyət yaratmaması;
3. Təklif edilən dəyişikliyin unikallığı;
* Unikallıq dedikdə göndərilən dəyişiklik təklifinin əvvəlcədən (Məsələn, Konstitusiya Məhkəməsi Plenumunun Qərarı ilə) təklif edilmiş olmaması nəzərdə tutulur);
4. Süni intellektdən faydalı şəkildə istifadə.
* Süni intellektdən istifadə məcburi deyil. Lakin istifadə ediləcəyi halda, bu texnologiyadan ideyanı, təşəbbüsü və ya layihəni daha da təkmilləşdirmək, yəni yaradıcılığa və analitik dərinliyə töhfə vermək məqsədilə istifadə olunması tövsiyə olunur. Tamamilə süni intellekt tərəfindən hazırlanmış və iştirakçının öz töhfəsi, təhlili və fərdi baxışı olmadan təqdim edilmiş dəyişiklik təkliflərin qiymətləndirməsi mərhələsində müəyyən edildiyi halda layihədən kənarlaşdırıla bilər.
Layihə komandası tərəfindən ən yüksək qiymətləndirilmiş təkliflərin dövlət orqanları nümayəndələri ilə birlikdə müzakirəyə çıxarılması və qanunvericiliyə dəyişiklik təklifi olaraq müvafiq qurumlara təqdim edilməsi nəzərdə tutulur.
Əgər siz də mövcud hüquqi aktlarda boşluq, ziddiyyət və ya praktiki çətinlik müşahidə etmisinizsə, o halda “LEGIS”lation platformasına qoşulun və hüquq sisteminin inkişafına öz töhfənizi verin.
Qeydiyyatdan keçməyə tələsin!
Sizin ideyanız sabahın QANUNU ola bilər.
Qeydiyyat: https://forms.gle/2GY63zhK2fvN5BnM7
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
4 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
















.jpg)


.jpg)


