Kiçik və orta bizneslər xüsusi şərtlər ilə ulduz nömrələr ala biləcəklər - MEMORANDUM İMZALANDI
Kiçik və orta bizneslərin xüsusi şərtlər ilə ulduz nömrələr (*xxxx) əldə etmələri üçün Memorandum imzalandı"Fast Solutions" MMC və Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) arasında Azərbaycanda KOB sektorunun inkişafını dəstəkləmək məqsədilə əməkdaşlıq memorandumu imzalanıb.
Marja xəbər verir ki, bu əməkdaşlığın əsas məqsədi kiçik və orta biznes subyektlərinin müasir marketinq həllərinə çıxışını asanlaşdırmaq, onların kommunikasiya imkanlarını gücləndirmək və bazarda daha rəqabətli mövqeyə sahib olmalarına şərait yaratmaqdır.
Əməkdaşlıq çərçivəsində "Fast Solutions" MMC-nin təqdim etdiyi *Star4 ulduzla başlayan qısa nömrə xidməti (*xxxx) KOB-lar üçün xüsusi dəyər yaradır. Star4, bizneslərin müştərilər üçün daha asan yadda qalan əlaqə nömrəsi əldə etməsinə və bu nömrəni həm rəqəmsal platformalarda, həm də ənənəvi reklam kanallarında rahat və effektiv şəkildə təqdim etməsinə imkan verir. Bu yanaşma şirkətlərin brend tanınmasını gücləndirir, müştəri əlaqəsini sadələşdirir və satış yönümlü çağırışların nəticələrini artırır.
"Fast Solutions" və KOBSKA arasında qurulan əməkdaşlıq KOB-ların həm kommunikasiya, həm marketinq, həm də brend imici baxımından daha güclü mövqeyə çıxmasına dəstək verəcək.
Star4 xidməti KOBSKA üzvləri üçün təqdim edilən imkanlarla yanaşı, ölkədə fəaliyyət göstərən bütün digər biznes subyektləri üçün də eyni dərəcədə əlçatandır. Şirkətlər *xxxx formatlı qısa və yadda qalan ulduz nömrələri birbaşa www.star4.az üzərindən seçə və onlayn müraciət edə bilirlər. Seçilmiş nömrələr müqavilə əsasında rəsmiləşdirilir və operator şəbəkələri tərəfindən cəmi 5 iş günü ərzində aktivləşdirilir. Bu, bizneslərə sürətli, etibarlı və prestijli kommunikasiya xətti qurmaq imkanı verir.
Məlumat üçün:
Biznesiniz üçün yadda qalan və prestijli ulduz nömrəni indi asanlıqla seçə bilərsiniz.
Mövcud nömrələr və müraciət qaydaları ilə tanış olmaq üçün:
*6776
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
13 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir














.jpg)





.jpg)
