“PAŞA Bank” süni intellekt üzrə təlim proqramına qeydiyyata start verdi
(®) Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” və bazarda aktiv fəaliyyət göstərən akademiyalardan biri Div Academy ortaq əməkdaşlıq çərçivəsində yeni sosial yönümlü təşəbbüs – “AI for Good” süni intellekt təlim proqramının qeydiyyat prosesinə start verib.
Layihə valideynini itirmiş, 18–23 yaş arası gənclərin rəqəmsal bacarıqlara çıxışını genişləndirməyi və onların əmək bazarına inteqrasiyasını dəstəkləməyi hədəfləyir.
Proqram tam olaraq ödənişsizdir və tədris xərcləri layihənin tərəfdaşları tərəfindən qarşılanır.
3 ay davam edəcək təlim müddətində iştirakçılar:
- Süni intellektin əsasları və tətbiq sahələri,
- No-code texnologiyaları və onların real biznes proseslərində istifadəsi,
- Rəqəmsal bacarıqların inkişafına dair praktiki yanaşmalar üzrə biliklər əldə edəcəklər.
Tədris prosesi həmçinin mentorluq görüşləri, sahə mütəxəssisləri ilə interaktiv sessiyalar və real layihələr üzərində çalışma imkanları ilə zənginləşdiriləcək.
Layihə “PAŞA Bank”ın sosial məsuliyyət strategiyasına uyğun olaraq gənclərin inkişafına, rəqəmsal savadlılığın artırılmasına və gələcək peşə perspektivlərinin genişləndirilməsinə töhfə verməyi hədəfləyir. Bank fəaliyyətə başladığı gündən insan kapitalının inkişafını, biliklərin paylaşılmasını və regional potensialın gücləndirilməsini əsas prioritetlərdən biri kimi müəyyənləşdirib. “PAŞA Bank” gələcəkdə də gənclərin təhsil və karyera imkanlarını genişləndirən layihələrə imza atmağa davam edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
13 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir

















.jpg)



