Siqaret qaçaqmalçılığı işi üzrə gəmi kapitanı və daha 2 nəfər həbs edilib
Həmin şəxslərin "RR Caspi" MMC-nin işçiləri olduğu bildirilir.Azərbaycanda siqaret qaçaqmalçılığında ittiham edilən daha 3 nəfər həbs edilib.
Məlumata görə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılan cinayət işi üzrə siqaret qaçaqmalçılığı ilə bağlı axtarışda olan şəxslər - gəmi kapitanı Elşən Əhmədov, matros Amid Sayılov və mexanik Elçin adlı şəxs hava limanında saxlanılıblar. Onların barəsində həbs qətimkan tədbiri seçilib.
Həmin şəxslərin "RR Caspi" MMC-nin işçiləri olduğu bildirilir.
İttihama görə, onlar qaçaqmalı Ələt qəsəbəsində yaradılmış yanalma körpüsünə gəmi ilə gətirib, orada 3 yük maşınına yükləyiblər. Gəminin də "RR Caspi" MMC-yə məxsus olduğu bildirilir.
Onlara Cinayət Məcəlləsinin 206.3.2, 213-1.2.1 ve 213-1.2.3 cu maddələri üzrə ittiham elan olunub.
İş üzrə, həmçinin Səmayə Co LTD MMC, Səmayə logistic MMC-nin adları da keçir.
Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunan cinayət işi üzrə bir qədər əvvəl Dövlət Sərhəd Xidmətinin sahil mühafizəsinin bölmə rəisi və bölmənin nəzarətçisi də saxlanılıb. Kapitan Vüsal Sadıqov və nəzarətçi barəsində qətimkan tədbirləri seçilib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
6 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir















.jpg)

